Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Sosial / “Səhiyyədə rüşvət çoxalıb, xalqın dərisini soyurlar” – Ekspert

“Səhiyyədə rüşvət çoxalıb, xalqın dərisini soyurlar” – Ekspert

“Bu dəfəki virus dalğası bütün dünyada, o cümlədən bizdə də çox ağır keçir. Hələ də məsələyə ciddi yanaşmayanlar var, ölümlər artır, genofondumuz zədələnir”.

Bu fikirləri əməkdar jurnalist Qulu Məhərrəmli bildirib. 

O, qeyd edib ki, “TƏBİB” indi ümidləri doğrultmur, koordinasiya zəifləyib, xəstəxanaların, təcili yardım xidmətlərinin yükü artıb, həmin sahələrdə rüşvət çoxalıb:

“Aydın görünən budur ki, bizdə ayrı-ayrı bilikli və fədakar həkimlər olsa da, ümumən ölkənin səhiyyə sistemi bərbad gündədir, yoluxmuş xəstəyə gün ağlayacaq güvənli mexanizm yoxdur. Əvvəldən yaxşı başlamış “TƏBIB” indi ümidləri doğrultmur, koordinasiya zəifləyib, xəstəxanaların, təcili yardım xidmətlərinin yükü artıb, həmin sahələrdə rüşvət çoxalıb. Ən acınacaqlı vəziyyət dərman satışı sahəsindədir, bu sahəni monopoliyaya götürmüş işbazlar zəruri dərmanları əl altından satmaqla xalqın dərisini soyurlar. Mən imkansız adamların dərman sarıdan necə əziyyət çəkdiyini görürəm. Sanki mərhəmət hissi qeybə çəkilib. Ümid peyvəndə və hökumətin vəziyyətə dərhal təsirli müdaxiləsinədir”.

Həmçinin oxuyun

Hava şəraiti dəyişəcək – XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb. ETSN-dən daxil olan xəbərdarlığa görə, Bakıda …