Cümə axşamı , Sentyabr 23 2021
Ana səhifə / Sosial / Səhiyyə Nazirliyinin rəsmisi vaksin sıxlığına görə vətəndaşları İTTİHAM ETDİ

Səhiyyə Nazirliyinin rəsmisi vaksin sıxlığına görə vətəndaşları İTTİHAM ETDİ

“Vaksinasiyadakı sıxlıq hər kəsə məlumdur. Dəfələrlə qeyd edildiyi kimi növbəni tənzim etmək tibb işçilərinin öhdəliyi deyil”.

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Günay Quluzadə bildirib.

G. Quluzadə deyib ki, böyük qismi xanımlar olan işçilərin narazı kütlənin önünə çıxması mümkün deyil:

“Yaxınlaşan vətəndaşların əksəriyyəti randevusuz gəlir. Tibb işçiləri məcburən onları növbəyə salır və bu da təbii olaraq zaman itkisinə səbəb olur. Vətəndaşlarımızdan bu istiqamətdə anlayış istəyirik. Bu məsələ dəfələrlə deyilib”.

Nazirlik rəsmisi vətəndaşların seçim imkanlarını sorğulamaqdan da çəkinməyib:

“Maraqlı tərəf haqsız yanaşma axtaran gənc fəallardadır. Hansılar ki, özlərini hər zaman gənclər üçün yaxşı örnək və doğru yol adlandırırlar. Hər zaman doğruluq axtarışında olanlar. Təbliğat, dəstək üçün bu növbələrdə səs-küy salıb, işi uzadanlara sualım var: Xəstəliyə yoluxmadığınız təqdirdə niyə son gün o izadihama siz də qatılırsınız? Araşdırmaçı kimliyinizlə niyə növbədə sıxlıq yaradanlar sırasındasınız? Niyə sual vermirsiniz yanvardan başlayan prosesi son 15 gündə bu hala salırsınız? Zamanında vaksin vurdurmaq olmazdı? Cavab istəyərdim..”.

Həmçinin oxuyun

Sənədsiz evlərin qeydiyyatı nə yerdədir? – VİDEO

Ölkə üzrə sənədsiz fərdi yaşayış evlərinin uçota alınması davam etdirilir. Artıq 100 minlərlə mənzilin inventarlaşdırılması …