Bazar ertəsi , Yanvar 30 2023
Ana səhifə / Sosial / Şəhid övladlarına ödənişsiz xidmət göstəriləcək

Şəhid övladlarına ödənişsiz xidmət göstəriləcək

“Övladlarınızın psixoloji inkişafı bizim üçün önəmlidir! Vətən müharibəsində şəhid olan qəhrəmanların övladları Şamaxı, Mingəçevir, İmişli, Sabirabad, Kürdəmir, Balakən, Qəbələ regional ASAN xidmət Mərkəzlərində və 4 saylı Bakı ASAN xidmət Mərkəzində fəaliyyət göstərən Uşaq Psixo-Sosial İnkişafı Mərkəzinin bölmələrinə müraciət etməklə ödənişsiz əsaslarla psixoloji, loqopedik, psixo pedaqoji və refleksoloji xidmətlərdən yararlana bilərlər”.

Bu barədə mərkəzdən məlumat verilib. Uşaq Psixo-Sosial İnkişafı Mərkəzinin kollektivi Qələbəni bizə bəxş edən bütün şəhidlərimizi qürurla yad edir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin valideynlərinə, yaxınlarına Allahdan səbr diləyirik”- deyə, məlumatda qeyd olunur.

Həmçinin oxuyun

Sabah qar yağacaq, yollar buz bağlayacaq

Yanvarın 31-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində arabir yağış …