Şənbə , May 21 2022
Ana səhifə / Sosial / Şəhid anasından istifadə edib kənarda duran kimdir? – VİDEO

Şəhid anasından istifadə edib kənarda duran kimdir? – VİDEO

Sosial şəbəkələrdə şəhid anasının evinin Sabunçu rayon İcra hakimiyyəti tərəfindən sökülməsi barədə kadrlar yayılıb. Məsələni ətraflı araşdırmaq üçün hadisə baş verən yerə getdik.
Həqiqətən də ərazidə sökülmüş yarımtikililəri müşahidə etdik. Yayılmış kadrlarda şəhid Sübhan Abdurahmanlının anası Mehriban Abdurahmanlı iddia edir ki, bu yer ona bir nəfər tərəfindən ona görə verilib ki, burada ev tikib özünün də dediyi kimi başını qatsın. Mehriban xanımın ittiham etdiyi Sabunçu rayon İcra hakimiyyətindən məsələyə aydınlıq gətirilməsi ilə bağlı mövqe bildirmələrini istədik. Ramana qəsəbə nümayənləyindən bildirdilər ki, şəhid Sübhan Abdurahmanlıya 2021-ci il 25 yanvar tarixində dövlət tərəfindən ev verilib.

Media olaraq evin verildiyi ünvanı da göstərməyi özümüzə borc bildik. Və icra nümayənləyinin müşayiətiylə dövlət tərəfindən şəhid ailəsinə verilən mənzilə yollandıq. Sabunçu rayon icra hakimiyyətinin Ramana qəsəbə üzrə nümayəndəsi onu da bildirdi ki, şəhid anasını qabağa verib, onun adından istifadə edən Amil adlı şəxsdir.

Onun 1986-cı il martın 8-də Naxçıvanda doğulan Əliyev Amil Kamil oğlu olduğunu öyrənəndən sonra mobil nömrəsini də tapdıq və əlaqə saxlamağa çalışdıq. Bir neçə dəfə zəng etdikdən sonra isə Amil Əliyev ilə danışa bildik. Amil həmin torpaq sahəsinin qeyri-rəsmi sahibi olduğunu qəbul edir. Ancaq deyir ki, sözügedən sahəni Mehriban xanıma heç bir təmənna güdmədən bağışlayıb. Ən maraqlı məqam isə onun məşğul olduğu “heç nə” sənətidir. Heç nə sənəti isə müasir dövrdə torpaq alıb ev tikmək mənasını verirmiş.

Və əgər adıçəkilən Amil Əliyev bu məsələdə həqiqətən günahkardırsa, şəhadətə ucalmış şəxsin adından istifadə etdiyinə görə mütləq cavab verəcək. Həm cəmiyyət, həm qanun, həm də media qarşısında.

Həmçinin oxuyun

Direktorun faciəli ölümdən bir neçə saniyə əvvəl… – FOTO

Xəbər verdiyimiz kimi, mayın 19-da Xızıda AMEA-nın Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədovun ölümü …