Şənbə , Yanvar 23 2021
Ana səhifə / Sosial / Şəhid Anası İcra Başçısının əlindən intihar etmək istəyir… -FOTOLAR

Şəhid Anası İcra Başçısının əlindən intihar etmək istəyir… -FOTOLAR

Hər kəsə gün təki aydındır ki, Azərbaycanda sosial vəziyyət çox acınacaqlı bir vəziyyətdədir. Baxmayaraq ki, ölkə başçısı İlham Əliyev dəfələrlə çıxışında məmurlara tapşırıq verir. O bildirir ki, məmurlar xalqın xidmətçisi olmalı və problem yaratmamalıdırlar. Ancaq buna baxmayaraq bölgələrdən və eləcə də Bakıdan məmur özbaşınalıqlarına məruz qalan vətəndaşlarımız “Gündəm Xəbər”in redaksiyasına mütəmadi olaraq şikayət məktubları göndərməkdədirlər. Belə ki, Zərdab rayonu Böyükdəkkə kənd sakini, aprel şəhidi Nurlan Abdullayevin atası Abdullayev Rasim Tapdıq oğlu tərəfindən redaksiyamıza ürək dağlayan müraciəti daxil olub. Şəhid Atası ünvanımıza etmiş olduğu müraciətində yazır:

 

Şəhid Anası İcra Başçısının əlindən intihar etmək istəyir… -FOTOLAR

 

Hörmətli “Gündəm Xəbər”, Mənim oğlum Nurlan Abdullayev 05 aprel 2016-cı il tarixdə şəhid olub. Nurlan ailəmizin yeganə oğlu idi. Mən oğlum Nurlanın vətənin azadlığı uğrunda şəhid olmasından fəxr edirəm. Ancaq Zərdab rayon icra başçısı Lütvəli Babayev onun qanunsuz əməlləri barədə prezident İlham Əliyevə şikayət etdiyim üçün ailəmizi təzyiqlərə, hədələrə məruz quyub.
Evimiz yaşamağa yararsız vəziyyətdə olduğu üçün preziden cənab İlham Əliyevə ərizə ilə müraciət edib yeni mənzil inşa edilməsinə köməklik göstərməsini xahiş etmişdim. Həmin ərizəm icra olunması üçün Zərdab rayon icra hakimiyətinə göndərildi. Bundan hiddətlənən Lütvəli Babayev məni və həyat yoldaşımı hədələyib təhqir edib dedi ki, oğlunuzun şəhid adını əlindən aldıracam mən bunu bacararam.

 

Şəhid Anası İcra Başçısının əlindən intihar etmək istəyir… -FOTOLAR

 

Həyat yoldaşım bu alçaqlığa görə intihar etmək istəyir. Artıq bu haqsızlığa görə xəstəlik tapmışıq. İnsan nə qədər əcazil ola ki, şəhid olmuş şəxsin valideyinlərinə camaatın gözü qarşıında çəkinmədən belə yaramaz alçaqlıq edər.
Mən özüm Qrabağ müharibəsi veteranıyam, qaynım Mustafayev Qaraoğlan Ağamirzə oğlu 1-ci qrup Qarabağ müharibəsi əlilidir. Bizim ailə vətənpərvərdir, ancaq Lütvəli Bbayevin özü və yaxınları vətən uğrunda gedən döyüşlər zamanı qaçıb gizləniblər. Mənim oğlum şəhid Nurlan hərbi xidməti Naxçıvanda etmişdi. Gizir kimi hərbidə qalıb qulluq edirdi. Xüsusi təyinatlı kəşfiyyatçı idi. Zabit olmaq üçün oxuyurdu. Şəhid Nurlan hərbi xidmətdə fərqlənməyə görə dəfələrlə order və medallarla təltif olunmuşdu. Oğlum məlum 2016-cı ilin aprel döyüşlərində Talışkənddə qəhrəmancasına şəhid oldu.

 

Şəhid Anası İcra Başçısının əlindən intihar etmək istəyir… -FOTOLAR

 

Erməninin etdiyi vəhşiliyi təbii qarşılayırıq, çünki onlar bizim tarixi düşmənlərimizdir. Ancaq Zərdab rayon icra başçısı Lütvəli Babayevin bizim ailəyə qarşı etdiyi insanlığa yaraşmayan hərəkətlər bizi çox sarsıtdı. Biz icra başçısı Lütvəli Babayevin bu hərəkətlərini şəhid ruhuna təhqir hesab edirik. Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm, gəlib bizim ailə vəziyyətimizi, ev şəraitimizi görüb bizə yaxından köməklik etsinlər. Allahdan Lütvəli Babyevə isə cəza diləyirik. Allah onun bəlasını versin.

 

Şəhid Anası İcra Başçısının əlindən intihar etmək istəyir… -FOTOLAR

 

P.S. Əgər Lütvəli Babayev həqiqətən də Şəhid ailəsinə bu cür hörmətsizlik edibsə, o halda onun mövqeyini dinləməkdən və dərc etməkdən vaz keçirik.

 

Şəhid Anası İcra Başçısının əlindən intihar etmək istəyir… -FOTOLAR

GundemXeber.Az

Həmçinin oxuyun

Cərimələr silinir, plyonkaya icazə verilir

“İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklər müsbət addımdır. Biz neçə ildir ki, bu barədə təklif …