Çərşənbə , Sentyabr 28 2022
Ana səhifə / Sosial / Şəhid ailələrindən kim rüşvət alır? – VİDEO

Şəhid ailələrindən kim rüşvət alır? – VİDEO

Vətənin azadlığı, ərazi bütövlüyümüzün bərpası üçün əziz canından keçən şəhidlərimiz hər bir vətəndaşın qürur yeridir.

O şəhidlərin geridə qalan körpələri, gözüyaşlı valideynləri də bizim baş tacımız olmalıdır. Şəhidlərimizin xatirəsini yaşatmaqda o ailələrə dəstək olmalı şəxslərin başında media nümayəndələri durur. Amma təəssüf ki, bu addan istifadə edən, özünü jurnalist kimi qələmə verib, əslində isə bu ada tamamilə yad fəaliyyətlə məşğul olan “peşəkarlar” da var.

Bu günlərdə Lent.az saytı belə “jurnalistlər”dən ikisini ifşa edib. Söhbət şəhidlər haqqında material hazırladığı üçün onların ailəsindən pul alan, özünü internet televiziyasının əməkdaşı kimi qələmə verən şəxslərdən gedir. Bu məsələdə konkret olaraq “İnform Xəbər TV” adlı media qurumunun rəhbəri Azər Kərimovla həmin redaksiyanın işçisi Rübabə Kərimovanın adları hallanır.

Həmin şəxslərin əməllərini ifşa edən şəhid anaları qarşılaşdıqları vəziyyəti nəql ediblər.

Həmçinin oxuyun

Səbuhinin qardaşı şəhid ailəsi hesab edilmir – Nazirlik

“Səbuhi Əhmədovun qardaşı şəhid ailəsi statusuna aid deyil”. Bu barədə Bakupost.az -a Sosial Xidmətlər Agentliyinin Mətbuat katibi …