Cümə , Dekabr 9 2022
Ana səhifə / Sosial / “Şəhid ailələri üçün Prezidentin aylıq təqaüdü 220 manatdan 500 manata çatdırılıb” – DSMF sədri

“Şəhid ailələri üçün Prezidentin aylıq təqaüdü 220 manatdan 500 manata çatdırılıb” – DSMF sədri

Şəhid ailələri üçün Prezidentin aylıq təqaüdü 220 manatdan 500 manata çatdırılıb.

Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov postmüharibə dövründə şəhid ailələrinin üzvlərinin və müharibə iştirakçılarının sosial ödənişlərlə təminatı sahəsində aparılan işlərə dair mətbuat konfransında deyib.

O, müharibə əlilləri üçün Prezidentin aylıq təqaüdünün də artdığını vurğulayıb:

“1-ci dərəcə üzrə 165 manatdan 400 manata çatdırılıb, 1-ci dərəcə əlilliyi olanlara təqaüd (80 manat) təsis olunub, 2-ci dərəcə üzrə 143 manatdan 350 manata, 3-cü dərəcə üzrə 110 manatdan 300 manata çatdırılıb”.

DSMF sədri qeyd edib ki, müharibə əlillərinə müavinət artımlarına gəldikdə isə 1-ci dərəcə üzrə 101 manatdan 220 manata, 2-ci dərəcə üzrə 81 manatdan 180 manata, 3-cü dərəcə üzrə 73 manatdan 120 manata çatdırılıb.

Himalay Məmişov əlavə edib ki, ölkə üzrə orta aylıq pensiya artımı isə 70 faiz olub.

Həmçinin oxuyun

“Toppuş bacı”ya tətbiq olunan immunoterapiya xərçəngi tam sağaldır? – AÇIQLAMA

Hazırda onkoloji xəstələrin qəbul etdiyi “ağıllı dərman” və immunoterapiya ən bahalı müalicələrdəndir.Bəzən xəstələr bu terapiyaları …