Cümə axşamı , Noyabr 15 2018
Ana səhifə / Sosial / Şəhərin mərkəzinə giriş bağlanacaq – Xəbəriniz olsun!

Şəhərin mərkəzinə giriş bağlanacaq – Xəbəriniz olsun!

15 sentyabr – Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad olunmasının 100-cü ildönümü münasibətilə Azadlıq meydanından başlayaraq Dənizkənarı Milli Park boyunca Neftçilər prospektində paradın keçirilməsi ilə əlaqədar bu istiqamətlər üzrə kəsişən, bitişən və paralel olan bütün küçə və prospektlərdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Məhdudlaşdırmalarla bağlı “Qafqazinfo”ya açıqlama verən BŞDYPİ-nin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov alternativ yolları qeyd edib. O bildirib ki, hərəkət Bakı-Salyan yolunun 14-cü km-dən Dağüstü yolla Yasamal rayon və yaxud “20 Yanvar” ərazisindən keçməklə təmin olunacaq:

“20-ci sahədən hərəkət Dağüstü yolla Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, Səbail və yaxud Yasamal rayon ərazisindən keçməklə təşkil edilir.

Eyni zamanda, Bbayıl qəsəbəsindən keçərək Bayraq Meydanı kimi tanınan ərazidən Mikayıl Hüseynov küçəsi ilə Teleteatr inzibati binasının yanından “Sovetski” kimi tanınan ərazidən Yasamal və s. kimi ərazilərə hərəkət təmin ediləcək.

Dalğa Plaza inzibati binasının yanından Mikayıl Hüseynov və Səbail rayon Bayıl qəsəbədaxili yollarla hərəkət etmək mümkün olacaq.

Həmçinin Mehdi Hüseyn küçəsi Teleteatr inzibati binasının yanından alternativ yol kimi hərəkət Parlament prospekti istiqamətində nəzərdə tutulub. Afiyəddin Cəlilov, Yusif Səfərov küçəsindən hərəkət yalnız Yusif Səfərov küçəsi ilə 10-cu zavod dairəsindən keçməklə Nəriman Nərimanov və metronun müxtəlif stansiyaları istiqamətində nəzərdə tutulub. “28 May” və Yusif Səfərov küçələrinin kəsişməsindən hərəkət edərək Kövkəb Səfərəliyeva və Dilarə Əliyeva keçməklə Nəsimi rayon ərazisi üzrə təşkil edilib və s.

Keçirilən tədbirin mahiyyətini hər bir sürücü düzgün qiymətləndirib alternativ variantlardan istifadə etməyə çalışmalıdır”.

Qeyd edək ki, sözügedən yollarda hərəkətin məhdudlaşdırılması səhər saat 06:00-dan hərbi parad tam bitənə kimi nəzərdə tutulub.

VIPedu.BIZ

Həmçinin oxuyun

Azərbaycanda boyat çörəyin təkrar emala göndərilməsi təklif edilir – VİDEO

Çörək bol olsa basılmaz vətən deyib atalar. Amma bolluq da bəzən israfçılığı gətirib çıxarır. Nəticədə …