Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Səfir Tural Rzayev hansı məşhurun oğludur?

Səfir Tural Rzayev hansı məşhurun oğludur?

Xəbər verdiyimniz kimi, bu gün Prezident İlham Əliyev bəzi səfirlərin geri çağırılması ilə bağlı sərəncamlar verib.
Ölkə başçısı Azərbaycanın Küveytdəki səfiri Tural Rzayevi vəzifəsindən geri çağıraraq, onu Misir Ərəb Respublikasına fövqəladə və səlahiyyətli səfir təyin edib.

Çoxları tanımasa da, Tural Rzayev Azərbaycanın xalq yazıçısı, Yazıçılar Birliyin sədri Anarın oğludur.
Tural Anar oğlu Rzayev 1963-cü ildə anadan olub. O, Azərbaycan Dövlət Universitetinin (indiki BDU-red) Şərqşünaslıq fakültəsini bitirib.

Tural Rzayev ərəbşünas və diplomatdır.
Hazırda diplomat kimi fəaliyyət göstərən T.Rzayev jurnalistika sahəsində də çalışıb. O, bir müddət AzərTAc Dövlət Agentliyinin müxbiri işləyib.
Diplomat Azərbaycanın Türkiyə və Rumıniyadakı səfirliklərində də çalışıb. T.Rzayev diplomatik fəaliyyəti ilə yanaşı yazıçı və tərcüməçi kimi atasının yolunu davam etdirir. Onun 2009-cu ildə Tural Anaroğlu imza ilə “Tənha mələk” adlı kitabı çapdan çıxıb.
T.Rzayev rus, ərəb, türk və ingillis dillərini bilir. AzVision.az

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın