Bazar , Avqust 18 2019
Ana səhifə / Sosial / Səfir İlham Əliyevin bəyanatını Obamaya çatdırıb

Səfir İlham Əliyevin bəyanatını Obamaya çatdırıb

ABŞ Azərbaycanla daha sıx əlaqələrin olmasında maraqlıdır.
Moderator.az xəbər verir ki, bunu bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
“Biz Azərbaycanla daha sıx əlaqələrin olmasını istəyirik. Hər iki tərəf münasibətlərin inkişafı üçün işlər görür”, -deyə  R.Sekuta əlavə edib.
Onun sözlərinə görə, ABŞ-la Azərbaycan arasında ikitərəfli əlaqələr yaxşı səviyyədədir.
Diplomat bildirib ki, hər iki tərəf daha yaxşı münasibətlərin nail olması üçün səylər göstərə bilər.
Ermənistan-Azərbycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir qeyd edib ki, ABŞ-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməyib və Azərbaycan və Ermənistan ilə bu münaqişənin həlli üçün səylərini davam etdirir”.
Səfir deyib ki, bu məqsədlə sabah ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Azərbaycana səfər edəcək.
R.Sekuta bildirib ki, səfərdə məqsəd tərəfləri yaxınlaşdırmağa cəhd etmək və münaqişənin həllinə təkan verməkdir. ” Məqsəd münaqişənin həllinə təkan verməkdir. Azərbaycan prezidenti son vaxtlar Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyətli olduğu barədə bəyanatlar verir. Mən bu bəyanatlar barədə rəsmi Vaşinqtona məlumatlar çatdırmışam”, – deyə diplomat qeyd edib.

Həmçinin oxuyun

Əmək fəaliyyəti ilə bağlı inqilabi qərar 2020-ci ildə qüvvəyə minəcək

Finlandiyada artıq işçilər harada və nə zaman işləyəcəklərinə özləri qərar verəcəklər. “Yeni Sabah” xarici mediaya …

Bir cavab yazın