Çərşənbə axşamı , Noyabr 19 2019
Ana səhifə / Sosial / Səfir: “Azərbaycan Pakistanla ticari-iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır”

Səfir: “Azərbaycan Pakistanla ticari-iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır”

Azərbaycan və Pakistanın biznes cəmiyyətləri müntəzəm olaraq bir-biri ilə əlaqədə olmalıdır.
“Report” Pakistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın biznes nümayəndə heyəti ilə görüşdə Lahor şəhərinin Ticarət-Sənaye Palatasının sədri Nəsir Həmid bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında əmtəə dövriyyəsi 2013-cü ildə 50 milyon dollar, 2014-cü ildə 28 milyon dollar, 2015-ci ildə isə 42 milyon dollar təşkil edib. “Amma bu rəqəmlər real imkanları əks etdirmir”, – deyə sədr vurğulayıb.
N.Həmid ölkələrin əczaçılıq, meyvə və tərəvəzlərin emalı, meyvə şirələri və şəkər istehsalı, yüngül sənaye sahələrində birgə müəssisələr yarada biləcəyini qeyd edib.
Öz növbəsində, Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə iki ölkə arasında artan ticarət əməkdaşlığının yaxşı əlamət olduğunu bildirib: “Azərbaycan Pakistanla ticari-iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır”.

Həmçinin oxuyun

Simsiz qulaqlıq istifadə edənlərə xəbərdarlıq

ABŞ-ın Ayova və Perdyu universitetlərinin kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssisləri bildiriblər ki, hakerlər simsiz aksesuarlar vasitəsilə …

Bir cavab yazın