Ana səhifə / Sosial / “Sədərək”də sürücülərdən 50 qəpik giriş haqqı tələb etməsi qanunidirmi?

“Sədərək”də sürücülərdən 50 qəpik giriş haqqı tələb etməsi qanunidirmi?

“Sədərək” Ticarət Mərkəzinin ərazisinə daxil olan avtomobillərdən 50 qəpik giriş haqqı tələb edilir. Bunun müqabilində isə sürücülərə heç bir qəbz verilmir. Hər gün yüzlərlə avtomobilin əraziyə daxil olduğu nəzərə alınsa, kifayət qədər məbləğin ortaya çıxdığı aydın olar.

Ekspert Əkrəm Həsənov Pravda.az-a açıqlamasında deyib ki, “Sədərək” Ticarət Mərkəzi özəl ərazidirsə, daxil olan avtomobillər icarə haqqı verməlidirlər.

“Belə halda tərəflər arasında şifahi icarə müqaviləsi bağlanmış olur. Avtomobil sürücülərindən alınan 50 qəpik icarə haqqıdır. Vergi Məcəlləsinə görə, icarə haqqına 14% dərəcəsi ilə vergi nəzərdə tutulur. Sahibkar bu vergini ödəməli, müqabilində avtomobil sahiblərinə qəbz verməlidir. Qəbz verilmirsə, məlum məsələdir ki, heç bir halda uçot da aparılmır. Bu isə nəinki Sədərək Ticarət Mərkəzinin təqsiridir, eyni zamanda vergi orqanlarının da buna göz yummasıdır”, – ekspert bildirib.

Əkrəm Həsənov vurğulayıb ki, lazım gələndə vergi orqanları vergidən yayınan sahibkara cərimə yazırlar: “Vergi orqanları şəhərin mərkəzində, yaxud şəhər kənarında fəaliyyət göstərən sahibkarlara qarşı icarə haqqını az göstərdiklərinə, vergidən yayındıqlarına görə iş qaldırırlar. Belə hallar bilirsiniz nə qədərdir? Halbuki icarə haqqı barədə statistika da yoxdur. Tutaq ki, sadə vətəndaş kimi evimi icarəyə vermişəm, icarə haqqı alıram. Sabah vergi oqranı gəlib görür ki, icarə haqqını az almışam. Belə halda hansısa “ekspert”ə sifariş verir, həmin “ekspert” də heç bilinmir hansı meyarla yazır ki, guya burda icarə haqqı əslində çox olmalıdır. Əvəzində vergi orqanı icarə haqqına görə mənə faiz də sayır, üstünə cərimə də. Faktiki olaraq, “Sədərək” Ticarət Mərkəzindən heç vergi də almırlar, ortada qəbz də yoxdur. Bu, vergi orqanlarının işindəki böyük qüsurdur”.

Həmçinin oxuyun

“Vətəndaşın Azərbaycandakı yoxsulluqla bağlı fikirlərini qəbul etmirik”

“Statistika Komitəsinə sorğu göndərsək ki, nə qədər əhali var, o əhalinin nə qədəri işləyir, onların …