Cümə , İyun 21 2019
Ana səhifə / Sosial / “Səadət sarayı” yenidən təmir olunur? – Fotolar

“Səadət sarayı” yenidən təmir olunur? – Fotolar

Uzun illərdir, paytaxtda nikah mərasimlərinin keçirildiyi əsas məkan olan Səadət sarayının yenidən təmirə bağlanması barədə məlumatlar yayılıb.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov “Qafqazinfo”ya bildirib ki, hazırda sadəcə sarayın fasadında təmir işləri aparılır:

“Sarayın fasadında bəzi memarlıq elementləri qopub düşüb, çatlar əmələ gəlib. Ona görə də sadəcə fasadda bəzi işlər görülür, hər hansı bir güclü təmir-bərpa işləri aparılmır. Artıq işlərin 40%-i yekunlaşıb. Təxmini iki ay ərzində görülən işlər yekunlaşacaq”.

Qeyd edək ki, azərbaycanlı milyonçu Murtuza Muxtarov tərəfindən XX əsrin əvvəllərində tikdirilmiş sarayda 2012-ci ildə əsaslı təmir və yenidənqurma işləri aparılıb.

 






Həmçinin oxuyun

Pensiyalar yenə artacaq – Tarix açıqlandı

“Pensiya sahəsində aparılan islahat 750 min insanı əhatə edəcək. Bu isə ümumi pensiyaçılarımızın təqribən 60%-i …