Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / “Rüşvət verib məmuru yoldan çıxarırlar” – Millət vəkili

“Rüşvət verib məmuru yoldan çıxarırlar” – Millət vəkili

Azərbaycanda məhkəmələrinin səlahiyyətlərinin genişləndirilməsinə, bütövlükdə məhkəmə hakimiyyəti institutuna hörmətin artırılmasına, qaldırılmasına ehtiyac var”.

“Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev bu gün Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə “İctimai nəzarət haqqında” yeni qanun layihəsinin müzakirəsinə həsr etdiyi dinləmələr zamanı deyib. Onun sözlərinə görə, bu gün təəssüflər olsun ki, Azərbaycan cəmiyyyətində məhkəmələrə inam, etibar çox azdır: “Şəxsən mənim özümə dəfələrlə məhkəmələrlə bağlı şikayətlər daxil olub. Məsələn, mənə daxil olan son iki məhkəmə işi ilə bağlı şikayətdən bəlli olunur ki, 7 ildir vətəndaşlar məhkəmələr tərəfindən get-gələ salınır. Bəzən insanlar hətta, o, həddə çatır ki, pul, rüşvət verib məmuru yoldan çıxarırlar, yəni, təki məhkəmələrdə sürünməsinlər. Ona görə məhkəmələrə inamın, hörmətin artırılmasına ehtiyac var”.

Millət vəkili xatırladıb ki, bu gün ABŞ-da 950 adama bir nəfər vəkil düşür: “Nisbətən bizə yaxın ölkələrdən biri olan Polşada 786 insana bir vəkil düşür. Bizdə isə 17 min insana bir vəkil düşür. Bu, həddindən artıq biabırçı bir rəqəmdir. Ona görə məhkəmələrin fəaliyyətində şəffaflığın, həmçinin, vəkillərinin sayının artırılmasına ehtiyac var, eyni zamanda da, Andlılar Məhkəməsinə yenidən qayıdılması lazımdır”.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın