Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Rüşvətə görə tutulan nazir 2 həftə əvvəl Bakıda olub

Rüşvətə görə tutulan nazir 2 həftə əvvəl Bakıda olub

Rusiyada ötən gecə 2 milyon dollar nəğd rüşvət alarkən həbs olunan iqtisadi inkişaf naziri Aleksandr Ulyukayev təqribə 2 həftə əvvəl Bakıda səfərdə idi.

Ulyukayev VII Rusiya-Azərbaycan regionlararası iqtisadi əməkdaşlıq forumunda iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri olub və Bakıda bir sıra rəsmi görüşlər keçirib.

60 yaşlı A.Ulyukayev Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib, iqtisadiyyat elmləri professorudur. 90-ci illərin sonlarında, 90-cı illərin əvvəllərində jurnalistika ilə məşğul olub. Daha sonra Yeqor Qaydarın islahatçılar hökumətində müşavir vəzifəsini tutub. 2000-ci illərin əvvəllərində isə maliyyə naziri Aleksey Kudrinin müavini olub. Ulyukayev hökumətdə bir müddət işlədikdən sonra Mərkəzi Bankın idarə heyətinin sədr müavini olub. Daha sonra-2013-cü ildə nazir təyin edilib. Dövlət əmlakının özəlləşdirilməsinin qatı tərəfdarı kimi çıxış edir, habelə çıxışlarında Rusiyada korrupsiyanın iqtisadi inkişafa başlıca maneələrdən biri olduğunu dəfələrlə vurğulayıb. Korrupsiyaya qarşı mübarizədə şəffaflığın artırılmasının, məmurların gəlirləri və xərcləri haqda müntəzəm hesabat verməli olduğunun vacibliyini qeyd edib. Ulyukayev xarici görkəmcə olduqca ciddi təsir bağışlayan məmur olsa da şair qəlblidir, şerlər yazırdı.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Ulyukayevin həbsinə hazırlıq barədə Putin məlumatlandırılıb. “Prezidentə hər şey məruzə olunub, o, kursda idi. Ona əməliyyat tədbirlərinin başlanılması barədə məlumat verilib”-Peskov deyib.

Gazeta.ru isə hökumətdəki mənbələrə istinadən xəbər verir ki, Ulyukayev büdcə zərinin Dumada qəbulundan sonra istefaya getməyə hazırlaşırdı. Buna səbəb iqtisadi inkişaf naziri ilə maliyyə naziri arasında rublun məzənnəsinə və inflyasiya faizinə dair proqnozlar ətrafında fikir ayrılıqlarının olmasıdır. Ulyukayev rublun qarşıdakı 3 ildə daha az dəyərdən düşəcəyini proqnozlaşdırıb, nazirlərin proqnozları arasında fərq büdcə gəlirlərində 300 milyard rubl fərq yaradıb.

KİV-lər ehtimal edir ki, Ulyukayevin işi üzrə daha bir neçə yüksək vəzifəli şəxs həbs oluna bilər. Onun həbs olunarkən yüksək hakimiyyət dairələrindəki himayəçisinə zəng vurduğu bildirilir, ancaq himayəçinin kimliyi açıqlanmır.Federal Təhlükəsizlik Xidməti naziri bir ilə yaxındır izləyirmiş və onun “Rosneft” şirkətindən rüşvət tələb etdiyi barədə məlumat Ulyukayevin telefon danışıqlarının dinlənilməsi, habelə yaxın ətrafının söhbəti sayəsində əldə edilib. Ulyukayev Rusiya tarixində rüşvətə görə vəzifə başında həbs olunan ilk nazirdir. (Virtualaz.org)

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın