Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Rüstəm Usubovun bacısıoğlu açıqlama yaydı: “Dayım mənə həmişə tövsiyyə edir ki…”

Rüstəm Usubovun bacısıoğlu açıqlama yaydı: “Dayım mənə həmişə tövsiyyə edir ki…”

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Tranzit Şöbəsinin rəisi Rasim Novruzov mediada haqqında yayılan iddialarla bağlı açıqlama verib.

Bu haqda “Yeni Sabah”a danışan R. Novruzov haqqında əsassız, qarayaxmalar, böhtan xarakterli xəbər yayımlandığını bildirib.

Xatırladaq ki, “Yeni Sabah” dünən Gununsesi.info saytına istinadan sözügedən məlumatı dərc edib. Xəbərdə R. Novruzovun işlədiyi Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsində rəhbərinin tapşırıqlarını icra etmədiyi, işinə məsuliyyətsiz yanaşdığı, həftədə bir ya iki dəfə işə çıxdığı, uniformadan da istifadə etmdiyi bildirilirdi.

Səsləndirilən iddialarla bağlı R. Novruzov deyib:

“Qeyd edirəm ki, mənim haqqımda yazılanlar qarayaxmadan başqa bir şey deyil.

Mən rəhbərimin tapşırıqlarını icra edirəm, işimdə məsuliyyətli oluram, Dövlət Gömrük Komitəsinə məxsus oluan formadan istifadə edirəm, bununla da qürur duyuram.

Həmin xəbərdə qeyd olunub ki, mən dayım, sabiq Baş Prokurorun müavini Rüstəm Usubovun bacısıoğluyam, adıçəkilən şəxsin vəzifəsindən sui-istifadə etmişəm, rəhbərimi saymamışam.

Həqiqətən də, sabiq Baş Prokurorun müavini Rüstəm Usaubov mənim dayımdır, məni hər gördüyündə işimə intizamlı olmağı, məsuliyyətli Dövlət işçisi kimi, dövlətimizə xidmət göstərməyim haqqında tövsiyələrini verib.

Qeyd edirəm ki, mən də onun tövsiyəsini doğma valideyinim kimi dinləyib, işlədiyi prokurorluq orqanına şikayətlərim getməsin deyə daha məsuliyyətli olmuşam.

Haqqımda dərc olunan yazıda qeyd olunub ki, guya mən iş qrafikini kobud şəkildə pozuram.

Bu, həqiqət deyil, Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsində davamiyyət kitabına qol çəkirəm. Sözlərimin həqiqət olmasını davamiyyət kitabı da təsdiqləyər.

Bir daha qeyd edirəm ki, mən Gömrük Komitəsinin polkovnikiyəm, haqqımda yazılanlar doğru olsa, polkovnik rütbəsinə layiq görülməzdim.

Təəssüflər olsun ki, 09.08.2022 ci il tarixdə mənim haqqımda doğru olmayan yazı dərc olunaraq, bayram əhval-ruhiyyəmi dəyişsə də, yenə də mən belə qarayaxmalardan kənarlaşaraq, Azərbaycan xalqını Qurban Bayramı münasibəti ilə təbrik edirəm.

Prezidentimiz İlham Əliyev cənablarının apardığı siyasəti dəstəkləyərək, xalqıma layiqli zabit olmağımı sonacan xidmətimlə, rəhbərlərimin tapşırığını icra edərək sadiq olcağıma söz verirəm”.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …