Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Rüstəm Nağıyev Goranboyda görülən koronavirus tədbirlərindən danışdı

Rüstəm Nağıyev Goranboyda görülən koronavirus tədbirlərindən danışdı

Məlum olduğu kimi, Azərbaycanda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda qeyd olunur ki, sərt karantin rejimi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda tətbiq olunacaq.

  • “Goranboy rayonunda insanların sağlamlığı üçün tibbi maska taxmağın zəruri olması barədə silsilə tədbirlər  keçirməkdə davam edirik”

Azərbaycan Sahibkarlar Konfederasiyasının Goranboy rayonu üzrə nümayəndəsi Rüstəm Nağıyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, iyulun 5-dən etibarən Goranboy rayonuna da sərt karantin rejimi tətbiq edildi: “Bizim təşkilat rayon ərazisində fəaliyyət göstərən iaşə obyektlərində karantin rejiminə necə əməl edib-etmədiyini araşdırır. Goranboy rayonunda insanların sağlamlığı üçün tibbi maska taxmağın zəruri olması barədə silsilə tədbirlər keçirməkdə davam edirik”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Goranboy rayonunda da insanların bir yerə toplaşması, ehtiyac olmadan çölə çıxmasına qarşı müvafiq təşkilatlar tərəfindən xüsusi təbliğat işi aparılır. Ərzaq, səhiyyə və apteklərdən başqa digər obyektlərin fəaliyyəti dayandırılıb və bunu ciddi şəkildə nəzarət olunur: “Təəssüf hissi ilə qeyd edim ki, hələ də bəzi insanlar prosesin ciddiliyini tam anlamırlar. Hələ də küçədə çoxlu sayda gəzən insanlar var. Elə buna görə də Goranboy rayonunda da sərt karantin rejimi tətbiq edildi. Onu da bildirim ki, xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində icra hakimiyyətinin, operativ qərargahın, rayon polis idarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri keçirirlər. Polis əməkdaşları onlarla profilaktik söhbət apararaq, karantin rejiminə əməl etməyin vacibliyini qeyd edirlər. Artıq bu tədbirlər öz nəticəsini verməkdədir. Bundan başqa, Goranboy rayonunun küçə və prospektlərdə, habelə çoxmənzilli binalarda dezinfeksiya işləri mütəmadi davam etdirilir. Hesab edirəm ki, koronavirusla mübarizə çərçivəsində dövlətimiz tərəfindən bütün lazımı addımlar atılır. Bu məsələdə insanlarımız da dövlətimizə öz dəstəyini göstərməlidir. Onlar həkimlərin, hökumətin verdiyi qərar və tövsiyələrə sözsüz əməl etməlidir”.

Günel CƏLİLOVA

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …