Ana səhifə / Sosial / Rusiyanın Baş Qərargah rəisi Bakıda – Əliyevlə görüşəcək

Rusiyanın Baş Qərargah rəisi Bakıda – Əliyevlə görüşəcək

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeriy Qerasimov Bakıdadır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qerasimov paytaxtda NATO Hərbi komitəsinin sədri, general-polkovnik Pyotr Pavel ilə görüşəcək. Onlar beynəlxalq təhlükəsizlik məsələləri üzrə danışıqlar aparacaq.

Bundan başqa, rusiyalı generalın prezident İlham Əliyevlə və Müdafiə nazirinin birinci müavini, Azərbacan Silahlı Qüvvələrinin baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovla görüşəcəyi bildirilir.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın