Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Rusiya Türkiyə ilə danışıqları dondurdu – Şok

Rusiya Türkiyə ilə danışıqları dondurdu – Şok

Rusiya səfiri Ankarada qətlə yetirildikdən sonra Moskva Türkiyə ilə vizasız rejimə dair danışıqları dondurub.
Bu iddia ilə Rusiyanın “İzvestiya” nəşri çıxış edib.
Qəzetin XİN-dəki mənbələrinə istinadən yaydığı məlumata görə, danışıqlar qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Ayrıca Rusiya hökuməti Türkiyədəki vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görəcək.
“Türkiyə hökuməti ölkəyə gələn şəxslərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində ciddi işlər görməkdə davam etməlidir və Rusiyaya səfər etmək niyyətində olanların hamısının əsaslı yoxlanılmasına zəmanət verməlidir”, – deyə mənbə bildirib.
Onun sözlərinə görə, son zamanlar baş vermiş faciəli hadisələr və cari ildə olmuş bir sıra insidentlərə görə Rusiya Türkiyə ilə viza rejimini ləğv etməyə hazır deyil.
Xatırladaq ki, bir neçə ay əvvəl səfir Andrey Karlov Türkiyə vətəndaşları üçün viza rejimini ləğvinə tələsməməyə çağırmışdı. Onun fikrincə, ölkədə təhlükəsizliyin təmin edilməsi üçün bütün tədbirlər görülməmişdi.(Axar.az)

Həmçinin oxuyun

Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir – VİDEO

Paytaxtın mərkəzi küçələrindən birində yerləşən Səməd Vurğun bağındakı oturacaqların bir çoxu yararsız vəziyyətdədir. Sözügedən bağdakı …

Bir cavab yazın