Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Rusiya Suriyadan çəkildi, Latviyada kəşfiyyata başladı

Rusiya Suriyadan çəkildi, Latviyada kəşfiyyata başladı

Rusiya prezidenti Vladimir Putinin Suriyadan hərbi qüvvələri geri çəkmək barədə qəfil qərarı ilə eyni vaxtda Latviya yaxınlığında kəşfiyyat xarakterli reydlər başlayıb.

Virtualaz.org xəbər verir ki, martın 19-da səhər saatlarında Rusiyanın İl-20 kəşfiyyat təyyarəsi Baltik dənizi üzərində, Latviyanın dəniz sərhədləri boyu uçuş keçirərkən qeydə alınıb. Latviyanın hava məkanında patrul uçuşları keçirən NATO təyyarələrinin  Rusiya kəşfiyyatçısının neytral sular üzərində, ancaq Baltik ölkəsinin sərhədlərinə çox yaxın uçduğunu qeydə aldıqları bildirilir.

Habelə martın 15-də Latviyanın silahlı qüvvələrinin komandanlığı iki Rusiya hərbi gəmisinin və bir sualtı qayığın ölkənin dəniz sərhədləri yaxınlığında qeydə alındığını açıqlamışdı.

Rusiyanın Latviya sərhədləri yaxınlığında kəşfiyyat xarakterli reydləri buBaltik ölkəsinin Putinin növbəti hədəfi ola biləcəyinə dair narahatlıqların artdığı bir vaxtda qeydə alınır. Latviya ekspertləri hesab edirlər ki, Putinin Suriyadan qəfil çəkilməsi Baltik regionuna yaxşı heç nə vəd etmir. Belə ki, Rusiya bu dəfə Baltik ölkələrinə qarşı hibrid müharibə taktikasını işə sala, Latviyanın ruslar yaşayan bölgəsinə “yaşıl adamlar” ezam edə bilər.

Rusiyanın Baltik regionunda kəşfiyyat reydləri Krımın ilhaqından sonra daha da intensivləşib. Latviya Müdafiə Nazirliyi ötən il ərzində Rusiya təyyarələrinin və gəmilərinin ölkənin sərhədlərinə 270 dəfə yaxınlaşdığını qeydə alıb.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın