Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / “Rusiya ilə münasibətlərə yenidən baxmalıyıq” – Deputatdan ŞOK ÇAĞIRIŞ

“Rusiya ilə münasibətlərə yenidən baxmalıyıq” – Deputatdan ŞOK ÇAĞIRIŞ

“Aprel döyüşlərində siçan kimi girməyə deşik axtaran Serj Sarkisyan indi Moskvada özünə deşik tapıb. Ona görə də Azərbaycanı hədələməyə özündə cəsarət tapıb”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxşı zamanı bildirib.
Deputat xatırladıb ki, bu yaxınlarda Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanı hədələyib:
“Hətta, Serj Sarkisyan Bakını işğal edə biləcəklərini də iddia edib. O, arxasında “İsgəndər” raketlərini hiss edir və ona görə də bizi hədələyir. Ancaq Ermənistanın arxasında Rusiya dayanır. Biz Qarabağ problemini ona görə çözə bilmirik ki, onu Moskva müdadiə edir. Bu, Azərbaycanla indiki münasibətlərin səviyyəsinə uyğun gəlmir. Mən həmişə Rusiya ilə münasibətlərin normallaşmasının tərəfdarı olmuşam. Amma nə belə vasitəçi, nə də strateji tərəfdaş olmaz. Rusiyaya Milli Məclis olaraq müraciət etməliyik ki, sən bizdən nə istəyirsən? Əgər Rusiya Ermənistana dstək verəcəksə, biz Rusiya ilə münasibətlərə yenidən baxmalıyıq. Azərbaycanda 90 min şagird rusca təhsil alır. Ancaq Rusiya işğalçını müdafiə edir. Rusiya ya vasitəçi kimi bitərəf mövqeyini saxlamalıdır, ya da Rusiya ilə münasibətlərə yenidən baxmalıyıq”.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın