Cümə , Avqust 14 2020
Ana səhifə / Sosial / Rusiya COVID-19-la mübarizə aparmaq üçün Azərbaycana həkim briqadası göndərdi

Rusiya COVID-19-la mübarizə aparmaq üçün Azərbaycana həkim briqadası göndərdi

Rusiyanın Səhiyyə Nazirliyi bu gün Azərbaycana koronavirus infeksiyasına yoluxmuş şəxslərə tibbi yardımın təşkilində kömək məqsədilə Seçenov adına Birinci Moskva Dövlət Universitetinin həkimlərini göndərib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, həkimlər qrupu Bakıya Azərbaycandakı mürəkkəb epidemioloji durum ilə əlaqədar hökumətin müraciəti ilə uçub.

Həkimlər briqadasına beş mütəxəssis, o cümlədən revmatoloq, epidemioloq və pulmonoloqlar daxildir. Qrupa Seçenov Universitetinin pulmonologiya kafedrasının müdiri, Səhiyyə Nazirliyinin baş ştatdankənar pulmonoloqu Sergey Avdeyev başçılıq edir. 

Seçenov Universitetinin həkimləri ilə yanaşı, Bakıya Rusiyada yaşayan və işləyən 17 könüllü həkim də gəlir. Onların sırasında Moskva, Odintsovo və Norilskdəki tibbi müəssisələrin işçiləri də var.

Rusiyalı mütəxəssislər respublikada epidemioloji siruasiyanın sabitləşdirilməsi məqsədilə Azərbaycanın tibb işçiləri ilə məsləhətləşmələr aparacaq, ölkənin xüsusi problemli bölgələrində tibbi xidmətin göstərilməsinin təşkilinə yardım edəcək, COVID-19-un ambulator və hospital mərhələlərində müalicəsinə dair təcrübələrini bölüşəcəklər.

Həmçinin oxuyun

Bu gün yağış yağacaq, dolu düşəcək

Azərbaycanda avqustun 14-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın …