Ana səhifə / Sosial / “Rusiya çəkilsə, ordumuz İrəvana qədər gedər” – Razi Nurullayev

“Rusiya çəkilsə, ordumuz İrəvana qədər gedər” – Razi Nurullayev

“Rusiya Ermənistanın arxasından çəkilsə, Azərbaycan ordusu İrəvana qədər gedər. Düşmən ölkə bunu anlamırsa, demək burunlarından uzağı görmür”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev deyib.

Sədr qeyd edib ki, 4 günlük savaş Ermənistanın Rusiyadan gözləntilərinin təsəvvür etdiyimizdən daha çox olduğunu göstərib: “Düşmən və irticaçı Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) və Avrasiya İttifaqından çıxmaqla bağlı çağırışlar səsləndirilir. Düşmən ölkədə bu cür fikirlər, xüsusilə, anti-Rusiya təbliğatı aprelin 2-5-i arası Azərbaycanla baş verən döyüşlərdən sonra daha da artıb. 4 günlük müharibədə Ermənistan Rusiyanın bütün gücü ilə ona kömək etməsini, Azərbaycana müharibə bəyan etməsini gözləyirmiş. Təbii ki, bu yolverilməz olardı – özü də Azərbaycanla müttəfiq olan, Minsk Qrupunun həmsədri olan bir ölkə tərəfindən”.

“Rusiya Qarabağ münaqişəsinin tezliklə həllində maraqlı deyil” deyən AXCP sədri bildirib ki, Ermənistanda anti-Rusiya təbliğatının artıması kremlə qarşı təzyiq məqsədi daşıyır: “Rusiya bu münaqişədən tərəflərə qarşı təzyiq kimi istifadə edir. Düşünmürəm ki, hansısa bəyanatların verilməsindən asılı olmayaraq, Ermənistanın siyasi elitası KTMT-dən çıxsın. Rusiya buna göz yuma bilməz. Ermənistanda bu cür bəyanatların verilməsinə, anti-Rusiya təbliğatının artımasına səbəb bir növ Rusiyaya qarşı təzyiq məqsədi daşıyır. Hazırda Ermənistandakı anti-Rusiya meylləri Serj Sarkisyanın da maraqlarına cavab verir. Bununla Sarkisyan Rusiyaya öz mesajını çatdırmaq istəyir ki, hakimiyyətdə olmasam, başqası məni əvəzləsə, anti-Rusiya meylləri sənin maraqlarının üstündən xətt çəkə bilər. Hazırkı situasiya Sarkisyanın həm şəxsi, həm də hakimiyyət maraqlarına tam cavab verir. Amma düşünürəm ki, Rusiyanın köməyi olmadan Ermənistan yaşaya bilməz. Ermənistanın arxasından Rusiya çəkilsə, Azərbaycan ordusu İrəvana qədər gedər. Düşmən ölkə bunu anlamırsa, demək burunlarından uzağı görmür”.

Razi Nurullayev vurğulayıb ki, Ermənistanda Avrasiya İttifaqından çıxmaqla bağlı səslənən tələblər sadəcə populizmdir və bunlar müəyyən kütlə, siyasi elita tərəfindən səsləndirilən tələblərdir: “Amma ermənilərin əsas siyasi elitası bu fikirləri bölüşmür. Rusiya tərəfi bunu yaxşı bilir. Erməni hakimiyyəti tərəfindən bu cür tələblər səsləndirilsə, o zaman Rusiyanın qəti addımlar atacağı istisna olunmur – hakimiyyət dəyişikliyindən tutmuş, sanksiyalara qədər. Amma hazırda tələblər tələb şəklində də qalır. Zaman Azərbaycanın xeyrinə işləyir. Rusiya ilə Ermənistan arasında yaranan soyuq münasibətlər Azərbaycan-Rusiya münasibətlərinin yaxşılaşmasına səbəb olacaq. 4 günlük savaşa qədər belə hesab olunurdu ki, zaman ermənilərin xeyrinə işləyir. Amma artıq beynəlxalq təşkilatlar tərəfindən Ermənistana qarşı tələblər artıb, düşmən ölkənin dəstəkçiləri getdikcə azalmaqdadır”.

“Azərbaycan-Rusiya münasibətlərinin daha da istiləşməsi Qarabağ münaqişəsinin həlli prosesini sürətləndirəcək” deyən partiya sədri əlavə edib ki, söhbət artıq ilin sonuna qədər 5 rayonun qaytarılmasından gedir və Azərbaycanın davamlı, dönməz olması prosesi daha da sürətləndirə bilər.

Həmçinin oxuyun

Yusif Qədimbəyli cərimələnir

Sədərək firmasına inzibati protokol yazılıb. Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin …

Bir cavab yazın