Ana səhifə / Sosial / Rusiya Azərbaycanla sərhəd məntəqələrini yenidən quracaq

Rusiya Azərbaycanla sərhəd məntəqələrini yenidən quracaq

Rusiya 2026-cı ilədək Azərbaycanla sərhəd-keçid məntəqələrinin yenidən qurulmasını yekunlaşdıracaq.
Bu barədə Rusiya Federasiyasının Nəqliyyat Nazirliyinin dövlət sərhədindən buraxılış məntəqələrinin təşkili sahəsində Dövlət siyasəti departamentinin direktoru Mixail Kokoyev bildirib.

“Cari ilin sonuna kimi biz Yaraq-Kazmalyar keçid məntəqəsinin yenidən qurulmasının birinci mərhələsini başa çatdıracacağıq. Və onda bizim 1 000-ə qədər nəqliyyat vasitəsini buraxa biləcəyimiz 10 hərəkət zolağımız olacaq. Bundan əlavə, “Taqirkent-Kazmalyar” və “Novo-Filya” keçid məntəqələrinin tikintisinin layihələndirilməsi üzrə müqavilələr imzalanıb”, – M.Kokoyev deyib.

Kokoyevin sözlərinə görə, həmçinin 2023-cü ildə Tagirkent-Kazmalyar məntəqəsində yük daşımaları üçün iki əlavə zolağın tətbiqinə qərar verilib.

“Yaraq-Kazmalyar” keçid məntəqəsi 2020-ci ilin iyul ayından yenidən qurulur. Nəzarət-keçid məntəqəsinin yenidən qurulmasında məqsəd onun buraxılış qabiliyyətinin artırılması, nəzarət prosedurlarının aparılması üçün vaxtın azaldılması, vətəndaşların sərhədi keçməsi üçün rahat şəraitin təmin edilməsidir.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …