Ana səhifə / Sosial / Rus tarixçidən ETİRAF: “Xocalı soyqırımı olub və rus əsgərləri günahkardır” 

Rus tarixçidən ETİRAF: “Xocalı soyqırımı olub və rus əsgərləri günahkardır” 

Rusiyalı akademik, məşhur tarixçi Yuri Pompeyev Xocalı soyqırımı haqda danışıb. Qeyd edək ki, “Qarabağ gündəliyi” və “Qarabağın qanlı burulğanı” kimi tarixi monoqrafiyaların müəllifi olan Y. Pompeyev Xocalı hadisələrini öyrənən tarixçilərdəndir.
Publika.az  həmin müsahibəni təqdim edir.
– Xocalı hadisələrinə soyqırımı demək mümkündürmü?
– Bəli, tamamilə belə demək olar. Silahsız insanlar, uşaqlar məhv edildi. Həmçinin insanlar milli mənsubiyyətinə görə öldürüldülər. Azərbaycanlılara qarşı göz qabağında törədilən bu hadisə əsl soyqırımı idi. Bu hərbi cinayətin bir gün mühakimə olunacağı dəqiqdir.
O dövrə qədər Xocalıda məshəti türklər də yaşayırdı. Bu xalq Stalin tərəfindən Fərqanə vadisinə sürgün edilmiş, 80-ci illərin sonlarında Qafqaza qayıtmışdı. Bu xalq böyük faciələrlə üzləşib. Onlar Xocalıda da tankların altında əzildilər.
“Qarabağ gündəliyi”ni yazarkən mən həmin faciədən sağ qurtulan insanlarla görüşürdüm. Onlardan bir çoxu hələ o zaman uşaq, yaxud gənc idilər. Onlarda bu faciədən psixoloji sarsıntılar qalmışdı. Məsələn, bir qız normal nitqini itirmişdi. Bu, dəhşətli idi.
 
– Sizin fikrinizcə, ermənilərin Xocalı əməliyyatının hədəfləri nə idi?
– Ermənistan prezidenti Serj Sarkisyan britaniyalı jurnalist Tomas de Vala müsahibəsində “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar və biz dinc əhaliyə əl qaldırmayacağıq. Amma biz bu stereotipi sındıra bildik” deməklə bu hədəfi aydın ifadə etdi.
– Bəziləri “Xocalıya ədalət!” kampaniyasının “erməni soyqırımı”nın tanınmasına cavab olduğunu hesab edirlər. Siz necə düşünürsünüz?
– Mən bunun hansısa cavab olduğunu düşünmürəm. Bu, azad kampaniyadır və məqsəd həqiqətlərin çatdırılmasıdır. Leyla Əliyevanın başlatdığı bu kampaniya nəticəsində Rusiyadan başlamış, Avropa və Amerikaya kimi bir çoxları Xocalı həqiqətləri haqda məlumatlar əldə edib. Hesab edirəm ki, kampaniyanın Rusiyada aparılması da əhəmiyyətlidir. Çünki o vaxt Rusiyanın 366-cı alayının tankçıları və əsgərləri də bu qırğında iştirak ediblər. Onların ya içkinin təsiri altında, ya da təzyiqlə bu addımı atmalarının heç bir fərqi yoxdur. Bu haqda rusiyalılar da bilməlidir.
– İki xalq arasında barışıq mümkündürmü?
– Barışıq sadə insanlardan başlamalıdır. Sadə vətəndaşlarla hərbi cinayətkarları və terrorçuları ayırmaq lazımdır. Müharibəyə qədər insanlar bir yerdə yaşayırdı. Ailəvi dost idilər. Hesab edirəm ki, əvvəl-axır azərbaycanlılarla ermənilər barışacaq. Çünki onlar qonşudurlar. Sadəcə olaraq bunun üçün nümunələr lazımdır.
Bakıda Avropa Oyunları zamanı Azərbaycan Prezidenti İlham Əliyev erməni idmançıya medal təqdim etdi. Həmin vaxt tribunadan fit səsləri eşidildi və İlham Əliyev əl işarəsi ilə insanları sakitləşdirdi. İnsanlar Prezidentin bu işarəsindən sonra fiti alqışlarla əvəzlədilər. Bu çox gözəl nümunə idi.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın