Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Ruhanidən Əliyevə zəng: “Bu, Ermənistanın növbəti təxribatıdır”

Ruhanidən Əliyevə zəng: “Bu, Ermənistanın növbəti təxribatıdır”

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

İran Prezidenti Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı narahatlıq keçirdiyini bildirib və tərəflər arasında atəşkəs razılaşmasının əldə olunmasını alqışlayıb.

Prezident İlham Əliyev cəbhə xəttindəki son vəziyyətlə bağlı İran Prezidenti Həsən Ruhaniyə məlumat verib və bildirib ki, Azərbaycan tərəfi hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarı olub, lakin Ermənistan daim qeyri-konstruktiv mövqe tutub və atəşkəs rejiminə əməl etməyib. Dövlətimizin başçısı təmas xəttində baş vermiş son hadisələri Ermənistan tərəfinin növbəti təxribatı kimi dəyərləndirib.

Söhbət zamanı Azərbaycan-İran ikitərəfli münasibətlərinin müxtəlif sahələrinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev İran İslam Respublikasına səfərini xatırlayaraq məmnunluq hissi ilə qeyd edib ki, səfər zamanı əldə olunmuş razılaşmalar uğurla icra edilir.

Dövlətimizin başçısı aprelin 7-də Bakıda keçiriləcək Azərbaycan-Rusiya-İran xarici işlər nazirlərinin üçtərəfli görüşünün regionda təhlükəsizlik və əməkdaşlığın inkişafı işinə töhfə verəcəyini deyib.

Azərbaycan və İran prezidentləri ikitərəfli münasibətlərimizin bundan sonra da genişləndirilməsi istiqamətində tərəflərin səyləri əsirgəməyəcəyini vurğulayıblar.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın