Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Sosial / Rövnəq Abdullayev fövqəladə iclas keçirdi

Rövnəq Abdullayev fövqəladə iclas keçirdi

AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib. Moderator.az xəbər verir ki, Belfastda baş tutan iclasda AFFA-nın prezidenti Rövnəq Abdullayev, I vitse-prezident Rauf Əliyev, vitse-prezident Elşad Nəsirov, İK-nın digər üzvləri İsgəndər Cavadov və Vaqif Sadıqov iştirak ediblər.
Aparılmış müzakirələrdən sonra son vaxtlar aktuallaşan danışılmış oyunlar məsələsi ilə bağlı qərar qəbul edilib. Qərara əsasən, nəticəsinin şübhəli olması ehtimal edilən oyunlarla bağlı AFFA tərəfindən aparılan araşdırmanın nəticəsi barədə İcraiyyə Komitəsinə məlumat təqdim olunacaq.
Qurum AFFA-nın baş katibi Elxan Məmmədovun UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülməsini də qərara alıb.
Bundan başqa, AFFA-nın növbəti Konfransının vaxtı müəyyənləşib. Tədbir 2017-ci il martın birinci yarısında keçiriləcək. Konfransın dəqiq tarixinin müəyyənləşdirilməsi baş katibliyə həvalə olunub.

Həmçinin oxuyun

Hava şəraiti dəyişəcək – XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb. ETSN-dən daxil olan xəbərdarlığa görə, Bakıda …

Bir cavab yazın