Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Roqozinin qəfil Bakı səfəri…

Roqozinin qəfil Bakı səfəri…

Rusiya baş nazirinin müavini, hərbi-sənayeni kurasiya edən Dmitri Roqozin bu gecə prezident İlham Əliyevlə görüşmək üçün Bakıya “əvvəlcədən planlaşdırılmayan və xüsusi məqsəd daşıyan” səfərə gəlib.

Virtualaz.org xəbər verir ki, bu barədə “Kommersant” qəzeti yazıb. Roqozin özü də Facebook səhifəsində Bakıda olduğunu təsdiqləyib. “Bakıda hava gecə 9 dərəcə, gündüz 14 dərəcə. Küləklidir. Azərbaycan paytaxtından hamıya salamlar”-Roqozin yazıb.

Roqozini “Rosoboroneksport”un nümayəndələri və hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin rəsmiləri müşaiyət edir. Gözlənilir ki, “Rosoboroneksport”la Azərbaycan arasında bundan əvvəl bağlanmış müqavilələrin yerinə yetirilməsi, eləcə də Ermənistana güzəştli qiymətlərlə 200 milyon dollarlıq silah satışı və digər məsələlər müzakirə olunacaq.

“Kommersant” xəbər verir ki, Roqozin Bakıda əvvəlcə Müdafiə Nazirliyinin rəhbərliyi ilə danışıqlar aparacaq, daha sonra prezident İlham Əliyevlə görüşəcək. Onun Azərbaycan baş nazirinin müavini, hərbi-sənayeni kurasiya edən Yaqub Eyyubovla da görüşəcəyi gözlənilir.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın