Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Robert Sekutanın cənub bölgəsinə səfəri davam edib

Robert Sekutanın cənub bölgəsinə səfəri davam edib

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bu gün, martın 10-da Azərbaycanın Cənub bölgəsinə səfəri çərçivəsində Lənkəran və Astara rayonlarında olub.

Səfirliyin məlumatına görə, Lənkəran səfəri zamanı Robert Sekuta xanımı ilə birgə sahibkar Araz Yaqubovun çay sahəsində olub. Sahibkarla Lənkəranda iqtisadi inkişafın bu sahəsi ilə bağlı müzakirələr aparılıb.

Səfir Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, insanlara daha yaxşı həyatın qurulmasına dair ABŞ-ın dəstəyini qeyd edib.

Astara səfəri zamanı səfir rayonun icra hakimiyyətində olub. İcra başçısı Qəzənfər Ağayevlə görüşdə Astaranın sosial-iqtisadi inkişaf istiqamətlərindən danışılıb.

Robert Sekuta daha sonra Astaradakı Gömrük Xidmətinə baş çəkib.

Robert Sekuta Astara gömrük xidmətində.

Robert Sekuta Astara gömrük xidmətində.

Səfir gömrükçülərlə görüşündə ABŞ-Azərbaycan arasında ikitərəfli münasibətlərin 25 ilinin tamam olduğunu bildirib.

O, qeyd edib ki, bu dövrdə Azərbaycana 1,3 milyard dollardan artıq sərmayə yatırılıb.

Görüş zamanı ABŞ hökumətinin Azərbaycanın gömrük sisteminə ianələr etməsi xatırlanıb. Astara gömrükçülərinin ianə edilmiş avadanlıqdan da istifadə olunmaqla qaçaqmalçılıqla mübarizə aparılmasından bəhs edilib.

Səfir belə ianələrin diplomatik münasibətlərin 25-ci ildönümündə ölkələr arasında mövcud olan əməkdaşlığın bariz nümunəsi olduğunu qeyd edib.

Cənab Robert Sekuta və xanımı bir gün əvvəl, martın 10-da da Masallı rayonunda səfərdə olmuşdu.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …

Bir cavab yazın