Bazar ertəsi , Sentyabr 16 2019
Ana səhifə / Sosial / Robert Sekuta: ‘ABŞ səfirinin geri çağırılması ilə bağlı fikirlər absurddur’

Robert Sekuta: ‘ABŞ səfirinin geri çağırılması ilə bağlı fikirlər absurddur’

“ABŞ səfirinin geri çağırılması və bununla bağlı gedən materiallardakı fikirlər absurddur”.

APA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. Onun sözlərinə görə, ABŞ və Azərbaycan bir sıra məsələlər üzrə uzun müddətdir ki işləyir və hazırda da işləməkdədirlər: “11 sentyabr hadisələrindən sonra Azərbaycan sülhyaratma əməliyyatlarında bizimlə işləyir.

Azərbaycan hərbçiləri Əfqanıstanda çiyin-çiyinə ABŞ döyüşçüləri ilə işləyir. Biz Azərbaycanın terrorizmə qarşı səylərini, tolerantlıq dəyərlərini çox vacib hesab edirik. ABŞ bu fəaliyyətləri yüksək qiymətləndirir. Biz hazırda Avropanın enerji təhlükəsizliyi üçün vacib olan Cənub Qaz Dəhlizi üzərində çalışırıq. Biz Azərbaycanla güclü çiçəklənən inkişaf edən demokratik ölkə qurmaq istiqamətində işləməyə davam edirik. İki ölkənin keçmiş birgə fəaliyyətlərinə, indiki və gələcəkdəki əməkdaşlığına baxsaq o açıqlamaların nə dərəcədə yanlış olduğunu görərik”.

Həmçinin oxuyun

Bakıda harda tıxac var? – Video

Bu gündən Azərbaycanda 2019-2020-ci tədris ilinin ilk dərs günü başlayır. “Qafqazinfo” xəbər verir ki, bu …

Bir cavab yazın