Bazar ertəsi , Yanvar 24 2022
Ana səhifə / Sosial / Restoranlarda “depozit” tələbi qanun pozuntusudur – VİDEO

Restoranlarda “depozit” tələbi qanun pozuntusudur – VİDEO

Bəzi restoranlarda  vaxt keçirmək istəyən  müştərilər bunun üçün öncədən  depozit ödəməli olurlar. Təbii ki bu hal müştəriləri narazı salır. Maraqlıdır ki,  restoranlar niyə depozit sistemi ilə işləyir?  Digər bir məqam  müştəri ilə sahibkarı üz-üzə qoyan depozit sisteminin qanuni olub-olmaması ilə bağlıdır.

Müştərilər yemək yeməmişdən əvvəl onlardan pul-depozit tələb olunur. Yəni müştəri az yada çox sifariş etməsindən asılı olmayaraq əvvəlcədən müəyyən edilən məbləği ödəməlidir.

Son  vaxtlar depozitlə  işləyən kafe və restoranların sayında artım müşahidə  edilir. Belə ki, restorana daxil olan müştərilərdən, müxtəlif məbləğlərdə pul -yəni  depozit istənir.

Sahibkarlar isə müştərilərin bu fikirləri ilə razılaşmırlar. Onlar bildirir ki, depozit təyin etməklərinin səbəbi var. Depozitli masalar ancaq ilin müxtəlif günlərində olur.

Ekspertlər isə hesab edir ki, bütün bunlar qanun pozuntusudur. Müştərilər əvvəlcədən məcbur  edilə bilməz. Buna  görə də hüquqları pozulan vətəndaşlar bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər.

Həmçinin oxuyun

Yoluxma sayı 2000-ə çatır: Bizi hansı “sürprizlər“ gözləyir? – Açıqlama

Koronavirusa yoluxanların sayında yeni artım yüksələn xətdədir. Ötən gün bu rəqəm 1600-dən çox olub. Belə …