Ana səhifə / Sosial / Restoranda xərclənən milyonlar: Qiymət niyə bahadır?

Restoranda xərclənən milyonlar: Qiymət niyə bahadır?

Ölkədə ictimai iaşə obyektlərində xidmət qiymətləri artmaqdadır.

Dövlət Statistika Komitəsinin son məlumatına görə, 2024-cü ilin yanvar ayında ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,7% artaraq 146,9 milyon manat olub. Məlumatda qeyd edilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,5%-i hüquqi şəxslərin, 49,5%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2023-cü ilin yanvar ayı ilə müqayisədə 10% artaraq 73,4 milyon manat olub. 

Maraqlıdır, istər hüququ, istərsə də fiziki şəxslər tərəfindən idarə olunan iaşə obyektləri ölkə iqtisadiyyatında təxmini nə qədər paya sahibdir? İaşə obyektlərində qiymətlər niyə sürətlə artır? 

Məsələ ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov “Cümhuriyyət” qəzetinə şərhində qeyd edib ki, ictimai iaşə obyektləri ölkə iqtisadiyyatda çox az paya malikdir:

“Aparılan müəyyən qiymətləndirmələr görə, bu sektorda əlavə dəyər 60% civarındadır. 2023-ci ildə ictimai iaşə sektorunda dövriyyə 2 milyard dollar civarında olub. Bu, 1,2 milyard manat ətrafında əlavə dəyər yaradıb. Bu da təxminən 1 % – ə bərabərdir”. 

İqtisadçı ictimai iaşə obyektlərində qiymətlərin artma səbəblərini belə izah edib:

“Həmin sektorda qiymətləri artıran səbəblər kifayət qədər çoxdur. Birinci səbəb məhsulun maya dəyərinin xərclərinin artması ilə bağlıdır. Bildiyimiz kimi, 2023-cü ildə inflyasiya 8.8 % civarında olub. Yəni ərzaq qiymətləri 12 % bahalaşıb. Sözsüz ki, bu da iaşə obyektlərində xidmət haqlarına təsir edir.

Eyni zamanda, əmək haqlarının artırılması da xidmətdəki qiymət artımına təsir edən əsas faktorlardan biridir. Bütün bunlar bir-birilə əlaqəlidir və hər zaman da belə olacaq. Qiyməti artıran digər faktor isə ölkəyə xarici turistlərin axınıdır. Ötən il ölkəmizə xeyli sayda xarici turist gəlib. Bu ilin yanvarında da onların sayında artım olub. Bu da iaşə obyektlərində qiymətlərin bahalaşması üçün əlverişli imkanlar yaradır”. 

Həmçinin oxuyun

Şadlıq evlərində verilən “ikra” Rusiyadan 4 manata gətirilir? 

Bu ilin ilk ayı ərzində Azərbaycana xarici ölkələrdən 510 kiloqram nərə balıqlarının kürüsü,  3 ton …