Cümə , Oktyabr 30 2020
Ana səhifə / Sosial / Restoran sahiblərinə xəbərdarlıq

Restoran sahiblərinə xəbərdarlıq

Bəzi iaşə obyektlərindən və şadlıq saraylarından axşam saatlarında yenə də havaya tüstünün, iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) şikayətlər daxil olub.

Bunu jurnalistlərə ETSN-in departament direktoru Ramal Bağırov deyib.

“Mütəxəssislərimiz tərəfindən restoranlarda təkrar monitorinqlər aparılıb və məlum olub ki, paytaxtın Nizami və Xətai rayonlarında fəaliyyət göstərən bəzi şadlıq saraylarında təmizləyici qurğular olmasına baxmayaraq, onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya normadan artıq tullantı atılır”, – o bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, obyekt sahiblərinə xəbərdarlıqlar olunub ki, filtrləri vaxtında dəyişsinlər, havaya atılmaların qarşısını alsınlar və sakinlərə diskomfort yaratmasınlar.

Həmçinin oxuyun

İş adamı “McDonald’s“la bağlı dəhşətli faktlar AÇIQLADI

“Onsuz da nə mən, nə ailəm, nə də ki yaxın ətrafım gündəmdə olan məşhur fast …