Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Restoran maqnatı Mürsəl Süleymanovun dəbdəbəli obyekti söküldü

Restoran maqnatı Mürsəl Süleymanovun dəbdəbəli obyekti söküldü

Rusiyanın Sankt-Peterburq şəhərində, Moskva prospekti, 159 ünvanında azərbaycanlı restoran maqnatına məxsus kafenin bir hissəsi sökülüb. Virtulaz.org xəbər verir ki, buna səbəb Bakıda hamının vərdiş etdiyi və çoxdan adiləşmiş hadisə-obyektin genişləndirilərək piyadalar üçün səkini zəbt etməsidir.

Yerli KİV-lər xəbər verir ki, azərbaycanlı biznesmen Mürsəl Süleymanova məxsus “Cafe Del Mar” dəbdəbəli restoranlar şəbəkəsinə məxsus beş restorandan birinin terrası səkini zəbt edib. Hansı ki, biznesmen bundan əvvəl də şəhərsalma reqlamentini dəfələrlə pozub və “şəhər sakinlərinə açıq-aşkar hörmətsizlik” edir.

Süleymanov Mürsəl Səməd oğlu “Del Mar Group”  holdinqinin sahibidir, Peterburqdakı “Azərbaycan” xeyriyə fondunun rəhbəridir. Habelə onun adına daha bir neçə şirkət qeydiyyatdan keçib. Süleymanov bundan əvvəl də restoranlarını genişləndirəndə tikinti-arxitektura qaydalarından kənara çıxıb. Süleymanovun restoranları aqressiv neon işıqlandırma lövhələri ilə seçilir və yaxınlıqda yerləşən binaların fasadı ilə kəskin ziddiyət təşkil edir.

2015-ci ilin fevralında da “Del Mar” restoranlarından birinin qanunsuz tikilmiş terrası sökülmüşdü. Lakin qısa müddət sonra biznesmen obyektin sökülən hissəsini yenidən tikib. Nevsk prospekti və Sadovoy küçəsinin kəsişməsində tikilən “Del Mar” restoranı isə ümumiyyətlə qanunsuz tikilidir, bu tikintiyə rəsmi icazə verilməyib. Lakin şəhər məmurları tikintinin qarşısını almağa da tələsmir.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …