Şənbə , Yanvar 23 2021
Ana səhifə / Sosial / Repetitorlara müraciətlər artdı — Nələrə diqqət edilməlidir? (VİDEO)

Repetitorlara müraciətlər artdı — Nələrə diqqət edilməlidir? (VİDEO)

Məktəblərin bağlanması ilə repetitorlara tələbatı artıb.
Abituriyentlər müəyyən bir fasilədən sonra repetitorların fəaliyyətinə icazə verilməsini fürsət bilərək yenidən fərdi məşğələlərə başlayıblar.
Amma xüsusi karantin rejimi müddətində repetitorlar və məşğələlərə gedən abituriyentlər mütləq qaydada bəzi məqamlara diqqət etməlidirlər. İlk olaraq müəllimlər icaze.e-gov.az portalından qeydiyyatdan keçməlidirlər.
Təhsil eksperti Kamran Əsədov deyib ki, məşğələlərə yalnız 9 və 11-ci sinif şagirdlərinin cəlb edilmələri tövsiyə olunur.
Təhsil ekspertinin sözlərinə görə, Bakı, Abşeron, Sumqayıt, Gəncə və Lənkərandan fərqli olaraq, digər şəhər və rayonlarda abituriyentlərin imkanı daha genişdir. Mayın 4-dən bəzi bölgələrdə karantin qaydalarının yumşaldılması repetitorların da işini asanlaşdırır.


Ekspertlər abituriyentlərə icazənin 3 saatlıq verildiyini xatırladaraq, müəllimlərin məşğələ müddətini əvvəlki vaxtlara nisbətən azaltmalarının və məşğələ vaxtından maksimum səmərəli şəkildə istifadə etmələrinin vacibliyini vurğulayırlar.

Həmçinin oxuyun

Cərimələr silinir, plyonkaya icazə verilir

“İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklər müsbət addımdır. Biz neçə ildir ki, bu barədə təklif …