Bazar ertəsi , Sentyabr 25 2023
Ana səhifə / Sosial / Repetitorlar niyə vergi ödəmir?

Repetitorlar niyə vergi ödəmir?

“Heç bir repetitor vergi ödəyicisi deyil”. 

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. Ekspert problemin həlli yollarını İqtisadiyyat Nazirliyinin səlahiyyətində olduğunu açıqlayıb: “Repetitorların tədrislə bağlı qiymət artımının qarşısı alınmalıdır. İqtisadiyyat Nazirliyi bu istiqamətdə iş görsə, repetitorluğun qarşısını ala bilər və digər tərəfdən heç bir repetitor özbaşına qiymət artıra bilməz. Bu gün repetitorlar sərbəstdir. Çünki heç biri dövlətə vergi ödəmir. Heç sadələşdirilmiş vergi ödəyicisi də deyillər, bu səbəbdən kimin kefi nə istəyir, necə istəyir, elə də qiymət təyin edir. Nəticədə də valideynlər əziyyət çəkir”. 

Ekspert dünyanın heç bir ölkəsində belə mənzərənin olmadığını qeyd edib: 
“Məsələn, bir abituriyent 6 fənndən hazırlığa gedir. Valideyn də məcburdur ki, ona 600 manat versin. Bu hansı insafa, hansı dinə sığır? Odur ki, Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi, Nazirlər Kabineti qərar qəbul etməlidirlər. Qəbul formatı dəyişməsə və İqtisadiyyat Nazirliyi bunun qarşısını almasa qiymət ildən-ilə artacaq. Bu qurumlar sanki repetitor bazarını genişləndirmək üçün 6-7 fənni imtahana salırlar”. 

Həmçinin oxuyun

Zığ qəbiristanlığında dəhşətli mənzərə – Video

Əksər insanlar qəbiristanlığın yanından keçəndə vahimələnir. Hər nə qədər ölülərdən təhlükə gözlənilməsə də pisxoloji olaraq …