Cümə axşamı , Aprel 25 2019
Ana səhifə / Sosial / Regionlarda kiçik sahibkarlıqlarlıq subyektindəki “nisyə” satışı araşdırıldı

Regionlarda kiçik sahibkarlıqlarlıq subyektindəki “nisyə” satışı araşdırıldı

Sosial Strateji Tədqiqatlar Mərkəzi regionlarda maraqlı sorgu həyata keçirib. Bildirilir ki, bu məsələ ilə bağlı xüsusilə kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin inkişafında maraqlı olan ekspertlərin fikir və təklifləri çox vacibdir.


Ölkənin 3 regionunda 20 müxtəlif xidmət fəaliyyətilə məşğul olan KOS-ları əhatə edən sorğuda həmçinin aylıq ticarət dövriyyələrinə görə də qruplaşma etmişik. Beləki 10-15 min manat, 15-25 min manat və 25-50 min manat dövriyyəsi olan KOS subyektlərində vətəndaşlarla ticarət münasibətində əhəməiyyətli rol oynayan “nisyə” satış məsələlərini araşdırmışıq. Nəticədə maraqlı rəqəmlər ortaya çıxmışdır. Beləki,1-ci kateqoriyaya aid olan KOS-lar vətəndaşlarla 2017-2018-ci illər ərzində 5850 dəfə,2-cilər 8340,3-cülər isə 12800 dəfə nisyə satış etmişlər. 2019-cu ilin yanvar ayına 1-ci kateqoriyanın nisyədən geri qaytarılmayan məbləğin miqdarı 22,4%,2-ciləırdə 28,7%,3-cülərdə isə 38% təşkil edir. Yəni bu rəqəmlər onu deməyə əsas verir ki,ölkənin regionlarında vətəndaşlar arasında ticarət münasibətlərinin az qala 50%-nin nisyə mübadilə təşkil edir.


Bildiyiniz kimi hal hazırda Vergilər Nazirliyi tərəfindən sərt və ciddi yoxlamalar, opertativ nəzarət,xüsusilə kassadan kənar satışlara görə ağır məbləğli cərimələr tətbiq olunmağa başlayıb.
Regionlarda “nisyə” satış demək olar ki çox ciddi bir sosial partlayışın qabağını almaqda davam edir.Əks halda vətəndaşlarının böyük əksəriyyətinin nəğd hesablaşmalar etmək imkanları yoxdur.istər müəllimlər,istərsə də pensiyaçılar aylıq maaş və pensiyaların ümüdindədirlər.


Digər tərəfdən sahibkarlar kassaya vurulan məbləğə görə dövlətə vergilər ödəməlidirlər.Bəs nisyə satışla olan münasibətlər Vergilər Nazirliyinin əməkdaşları və sahibkarlar arasında necə tənzimlənməlidir və nələri təklif edə bilərsiniz?
Düzdür ilk ağıla gələn və haqlı cavab bu olacaq:”Nisyə satış etməsinlər”. Amma biz bu məsələni də sahbkarlarla müzakirə etmişik və çox konkret cavab almışıq-mümkün deyil”.


Rəhbərlik etdiyim təşkilat 15 ilə yaxındır ki,həm AB Şərq Tərəfdaşlığı Ölkələri üzrə həm də yerli səviyyədə KOS sahəsində tədqiqatlar həyata keçirir və deyə bilərəm ki,mövcud vəziyyət Azərbaycan üçün spesifikdir. Odur ki, Vergilər Nazirliyiynin əməkdaşlarına və iqtisadçı ekspertlərə aşağıdakı suallarla müraciət edirəm.Mövcud vəziyyətin həllini necə görürük və nələri təklif edə bilərsiniz?

  1. KOS nisyə dövriyyənin uçot və kassa sistemini necə qursun?


2. Nisyə satış zamanı Vergilər Nazirliyinin cərimə sanksiyalarından necə sığortalansın?


3.Ümumiyyətlə geri qaytarılmayan məbləğlərin dövriyyəsini necə təqdim etsin?


4.Sahibkar vergi məmuru operativ nəzarəti həyata keçirərəkən satdığı mal materialın həqiqətən nisyə satıldığını necə sübuta yetirsin ki,cərimə sanksiyası ilə üzləşməsin.


Bu çox ciddi və əhəmiyyətli bir problemdir və istənilən halda bir çıxış yolu olmalıdır ki, regionda vətəndaşlar daha da ağır duruma məruz qalmasınlar!

Həmçinin oxuyun

“Bonita” geyim mağazasından AZƏRBAYCANA qarşı təxribat – VİDEO

Yasamalda “İnşaatçılar” metrosunun yaxınlığındakı “Bonita” geyim mağazasında erməni mahnısı səsləndirilib. Azinforum.az Buta.media-ya istinadən xəbər verir …