Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Referendumun yekun nəticələri nə vaxt açıqlanacaq? – MSK-da iclas

Referendumun yekun nəticələri nə vaxt açıqlanacaq? – MSK-da iclas

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Mia.az xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nı təsdiq edilib.

MSK katibi Arifə Muxtarova  deyib ki, referendumla bağlı bildirişlərin çap olunması avqustun 17-də başa çatacaq. O qeyd edib ki, səsvermədə “exit-poll” keçirmək istəyən təşkilatlar sənədləri sentyabrın 6-na kimi təqdim edə bilərlər: “Səsvermə günü seçici fəallığı ilə bağlı gün ərzində 5 dəfə məlumat veriləcək. Referendumun yekun nəticələri oktyabrın 21-dək açıqlanacaq”.

Bundan başqa, iclasda referendumda vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində 9 nəfərdən ibarət ekspert qrupu və Ədliyyə, Daxili İşlər, Maliyyə nazirliklərinin ekspertlərindən ibarət işçi qrupu yaradılıb.

Həmçinin oxuyun

Azərbaycanda bank borcunu ödəyə bilməyən qazini məhkəməyə verdi

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verib. Valyuta.az xəbər verir ki, bank …

Bir cavab yazın