Bazar ertəsi , İyul 22 2019
Ana səhifə / Sosial / Referendumun qarşısını almaq istəyirlər –Hökümətyönlü deputat qərbi hədəfə aldı

Referendumun qarşısını almaq istəyirlər –Hökümətyönlü deputat qərbi hədəfə aldı

“Azərbaycanı zəif dövlət kimi görmək istəyən xaricidəki  anti-Azərbaycan qüvvləri  Azərbaycanda referendumun keçirilməsinin qarşısını almaq   və buna kölgə salmaq üçün  Venesiya Komissiyası vasitəsi ilə nazil olmaq cəhdində bulunurlar”.
Bunu  millət vəkili Fəzail Ağamalı deyib.
Onun sözlərinə görə, ancaq bu qüvvələr istəklərinə  nail ola bilməyəcəklər. “Çünki xalqla dövlət başçısı arasında bir həmrəylik var və cəmiyyət ölkə başçısının Konstitusiyaya dəyişikliklərə bağlı səsəverməyə çıxardığı dəyişiklikləri dəstəkləyir. Ona görə ki, bu dəyişikliklər  cəmiyyətə tərəfindən çoxdan bəri idarəetmənin təkmilləşdirilməsi ilə bağlı olan dəyişikliklərdir və cəmiyyət bu dəyişiklikləri dəstəkləyir”- deyə, F. Ağamalı bildirib.
O əlavə edib ki, bu dəyişikliklər Azərbaycanda  ciddi struktur, sosial, hüquqi islahatlara  və demokratik dəyərlərin daha da inkişafına öz töhfəsini verəcək.
F.Ağamalı deyib ki, ölkə başçısı avropalı parlamentarilərlə görüşündə də, anti-Azərbaycan qüvvələrlə bağlı məsləyə toxunaraq, onlara öz açıq mesajını verdi. “Bununla da dövlət başçısı Azərbaycanın bir müstəqil dövlət  və kimsənin diqtəsi ilə  hərəkət etməyən, milli maraqlarını hər şeydən üstün tutan bir ölkə olduğu iradəsini ortaya qoydu. Bu bəyanatlar çox ciddi xarakter daşıyırdı və Azərbaycanı zəif, müti bir ölkə kimi görmək istəyənlərə açıq mesaj idi”- deyə, F. Ağamalı bildirib.(Gununsesi.info)

Həmçinin oxuyun

Valideynlərin diqqətinə: Övladınızın narkotikaya qurşandığını göstərən 10 əlamət

Mütəxəssislər bildirir ki, bir yeniyetmənin, gəncin narkoman olmasına səbəb və yol ailədən başlayır. Valideynin yaxşı, …

Bir cavab yazın