Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Referendum sürprizləri:Bəylər Əyyubov səsvermə qutusunun başında, Fazil Məmmədov yataqda…

Referendum sürprizləri:Bəylər Əyyubov səsvermə qutusunun başında, Fazil Məmmədov yataqda…

Bu gün Azərbaycanda keçirilən referendumun işıqlandırılması zamanı jurnalistlər əvvəlki səsvermələrdən fərqli anları da xəbərə çevirməyi bacarıblar.

Strateq.az xəbər verir ki, bugünkü səsvermə zamanı sürpriz hallardan biri Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Əyyubovun referendumda iştirak anının fotolorın yaadaşına köçürülməsi olub. General-polkovnik 23 saylı Nəsimi-Səbail seçki dairəsində səs verib. Fotonu və xəbəri unikal.org saytı yayıb.

beyler-2

Digər maraqlı hal isə Vergilər naziri Fazil Məmmədovla bağlı yaşanıb. Məlumata görə,  nazirin səhhətində problem yarandığından, referendumda səs vermək üçün seçki məntəqəsinə gələ bilməyib. 

Report.az məlumat yayıb ki, nazir mühafizəçisini qeydiyyatda olduğu 29 saylı Səbayil seçki dairəsinin 15 saylı məntəqəsinə göndərib. Mühafizəçi məntəqə sədrinə nazirin səhhəti ilə bağlı arayış təqdim edib və bundan sonra F.Məmmədova bülleten və səsvermə qutusu göndərilib.

fazil-vergi-1

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın