Ana səhifə / Sosial / REAL Hərəkatı ilə AXCP arasında münasibətlər gərginləşib

REAL Hərəkatı ilə AXCP arasında münasibətlər gərginləşib

“AXCP üzvlərinin mənə qarşı addımları vəziyyətin acınacaqlı olduğunu göstərir. Bu, Azərbaycanın gələcəyi üçün pessimist fikirlər yaradan faktorlardır”.
Bunu “Report”a açıqlamasında Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərli deyib.
N.Cəfərli REAL Hərəkatı ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) arasında yaranan gərginliyə aydınlıq gətirərkən xatırladıb ki, AXCP sədri Əli Kərimli gömrükdən keçirilən malların rəsmiləşdirilməsilə bağlı “facebook” sosial şəbəkəsində şəkil paylaşıb: “Həmin şəkildə məhsulların xaricdə alındığı qiymətlərlə Azərbaycan bazarında satıldığı qiymətlər arasında 30 dəfə fərqin olduğu göstərilmişdi. Mən də mədəni formada fikrimi bildirmişəm. Bu, bizim işimizdir. Ölkədə toxunulmaz adam yoxdur. Biz tənqid ediriksə, bu, ölkənin xeyri üçündür. Qiymətlərlə bağlı məsələləri aydınlaşdırmağa çalışdım, izah etdim. Burada söhbət gömrükdən keçən malların qiymətinin az göstərilməsindən gedir. Yəni, dünyanın heç bir ölkəsində 75 qəpiyə qoz yoxdur. Sadəcə, gömrükdən keçərkən qiymətlər azaldılır ki, az rüsum ödənilsin. Bundan sonra AXCP üzvləri iradlar bildirdilər. Hətta yazdığım yazını sildirməyə çalışırdılar. Bu, azad sözə qarşı senzuradır”.
REAL-ın icraçı katibi bildirib ki, yazdığı “facebook” statusunu silmədiyi üçün onun ünvanına təhqirlər səsləndirilib, hökumətə işləməkdə ittiham edilib: “Bu, çox səviyyəsiz bir ittihamdır, çünki ortada arqumentləri yoxdur. Belə çıxır ki, müxalifət nümayəndələri söyüş və təhqirlərlə senzura yaratmağa çalışırlar”.
AXCP sədrinin müavini Nurəddin Məmmədli isə bildirib ki, Natiq Cəfərli AXCP-yə qarşı hakimiyyətin çoxsaylı qrupları ilə birlkdə mübarizə aparır: “Özünü ölkənin aparıcı iqtisadıçısı kimi qələmə verməyə çalışan bir adamın həqiqəti bu cür kobud şəkildə təhrif etməsi heç kəsə başucalığı gətirməz”.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın