Ana səhifə / Sosial / Razi Nurullayevin partiyasından növbəti istefalar

Razi Nurullayevin partiyasından növbəti istefalar

Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin Xətai rayon şöbəsinin bəzi üzvləri xural.com-a məktub göndəriblər. Məktubda onların bu partiyadan istefa etdikləri haqda ərizə yer alıb. Yeni yaradılmış “Azad Azərbaycan Naminə” təşkilatına qoşulduqlarını yazan üzvlərin məktublarında deyilir:

“Biz AXCP-nin Razi Nurullayev qanadının Xətai Rayon Şöbəsi olaraq bu gün – 03.04.2016-cı il tarixdə şöbənin növbədənkənar toplantısını keçirdik. Toplantının nəticəsini olduğu kimi elan edirik. Xeyli vaxtdır ki, şöbə olaraq Razi Nurullayevin yaratdığı partiyada fəaliyyət göstərirdik. Faliyyətimiz zamanı Xətai rayon şöbəsi olaraq hər zaman aktiv olmuşuq. Sonradan hiss etdik ki, təmsil olduğumuz partiyanın nə ideologiyası, nə əsasnaməsi, nə də hər hansı bir demokratik niyyətləri var. Amma biz Xətai rayon şöbəsi kimi bütünlükdə Razi Nurullayevin partiyasına keçəndə, Razi Nurullayev və onun İdarə Heyəti biz cəhbəçilərə dəfələrcə deyirdilər ki, əsl müxalifət və cəhbə bizik, biz olaraq da qalacayığıq. Sonradan bəlli oldu ki, onlarda nə cəhbəçilik, nə də müxalifətçilik ideologiyası yoxdur. Sadəcə bir qrup adam öz şəxsi həyatını zənginləşdirmək üçün hakim dairələrdən paketlər alıb özlərinin həyat tərzini yaxşılaşdırmaq istəyirlər. Əslində ora partiyadan çox bir sexə bənzəyir. Odur ki, Xətai rayon şöbəsi olaraq yuxarıdan göstərilən bu kimi faktlara əsas olaraq bütövlükdə Razi Nurullayevin cəhbəsindən istefa verib yeni yaradılmış “Azad Azərbaycan Naminə” təşkilata qoşuluruq. Bu gündən sonra şöbə olaraq yuxarıda adı çəkilən təşkilatda davam etdirəcəyik.

elvin2

1) Şöbə sədri Elvin Məmmədov

2) Məclisin sədri Əliyev Ədalət

3) NTK sədri Naim Mövsümov

4) Ali Məclisin üzvü Elvin Baycan”.

Məlumat xural.com-a daxil olan kimi Razi Nurullayevin facebook poçtuna bu haqda sorğu ünvanladıq. Sorğuda “Sizin Xətai rayon təşkilatından şöbə sədri Elvin Məmmədov, Məclisin sədri Əliyev Ədalət, NTK sədri Naim Mövsümov və Ali Məclisin üzvü Elvin Baycan tərəfindən imzalanan istefa ərizəsi daxil olub xural.com-a. Onlar Sizi “öz şəxsi həyatlarını zənginləşdirmək üçün hakim dairələrdən paketlər alıb özlərinin həyat tərzini yaxşılaşdırmaq üçün özlərinə bir qrup” yaradan adamlar kimi təqdim ediblər və “Azad Azərbaycan Naminə” təşkilatına keçdiklərini bəyan ediblər. Xahiş edirik, münasibətinizi bildirin” sualı yer alsa da, aradan ötən bir neçə gün ərzində hörmətli Razi Nurullayevin münasibəti bizə daxil olmayıb, amma sorğunu onun bazar günü, saat 22.48-də qəbul etdiyi haqda fb-də qeyd yer alıb. Ona görə də xəbəri cavab haqqı dərc olunmaq arzusu ilə dərc edirik.

Qeyd edək ki, Ali Məclisin üzvü Elvin Baycan tanınmış yazıçı Seymur Baycanın qardaşıdır.

elvin1

Elvin Baycan və Elvin Məmmədov

naim movsumov

Naim Mövsümov

Həmçinin oxuyun

Yusif Qədimbəyli cərimələnir

Sədərək firmasına inzibati protokol yazılıb. Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin …

Bir cavab yazın