Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Razi Nurullayevdən heç yerdə demədiyi şok açıqlama

Razi Nurullayevdən heç yerdə demədiyi şok açıqlama

“O, doyunca araq içir və səndələyə-səndələyə namaz qılmağa gedir”

AXCP rəhbərliyi bu partiyanı Əli Kərimlidən alacağını bəyan edən və bunun üçün təşkilat komitəsi yaradan Razi Nurulayevə qarşı “Azadlıq” qəzetində və sosial şəbəkədə ittihamlarına hər gün yenilərini əlavə edir. Avqustun 25-də “Azadlıq”da Elçin Həsənov adlı cəbhəçi gəncin adından daha bir ittiham irəli sürülüb. Maraqlıdır ki, az qala ayın tutulmasını, yağış yağmasını belə “Yeni Müsavat” qəzetinin, qəzetin baş redaktoru Rauf Arifoğlunun adı ilə bağlamaq qədər absurda yuvarlanan cəbhə rəhbərliyi Razi Nurullayev məsələsində də şakərindən əl çəkmir.

Elçin Həsənovun adından “Azadlıq”da iddia olunub ki, guya Razi Nurullayev AXCP-dən hər istefaya görə Rauf Arifoğluna pul ödəyir. Özü də guya ki, bu barədə Razi Nurullayev Elçin Həsənova şəxsən özü bildirib. 
Qeyd edilənlərlə bağlı Razi Nurullayevlə əlaqə saxladıq. Razi Nurullayev Əli Kərimlinin diktəsi ilə yazılan yazını sərsəmləmə adlandırdı və çox sərt cavab verdi: “İnsanın içi göynəyəndə, siyasi biznesi əlindən çıxanda, oynadığı oyunlar alt-üst olanda sərsəmləməyə başlayır. Adına belə dilimi bulaşdırmaq istəmədiyim o şəxs, ən yaxşısı gedib aptekdən dərman alıb atsın. Sərsəmləməyin sonu şizofreniyadır. İstəmirəm ki, o, ağlını itirsin. Hər halda, Allah yaradıb onu da. Allah da ölçüsünü götürsün. Digər tərəfdən, düşünürəm ki, araq içib, dalınca da namaz qılan bir şəxsi Allah da bağışlamaz.
Qoy insanlar bilsin ki, o yalnız siyasi riyakar deyil. Həm də din adına oyunbazdır. Guya namaz qılır. Amma o, doyunca araq içir və səndələyə-səndələyə namaz qılmağa gedir. Qoy buna dinçilər qiymət versinlər. Bunu isə AXCP-də bilməyən yoxdur. Çox gözlədim ki, bunu deməyim. Amma daha dedim. Dinimizə görə o kafirdir. İçkili-içkili namaz qılmaq çox böyük günahdır. Bunu bilən cəbhəçilərə səslənirəm. Siz bilə-bilə yenə Əli Kərimlinin diktəsi ilə bunu danmağa çalışsanız, o zaman Allahdan qorxun. Orada bir nəfər də belə adam var. Onun da adını qoy digərləri açıqlasın. Bizim dostlardan birinə deyərəm, qoy onun da adını o açıqlasın”.
R.Nurullayev təəssüflə bildirdi ki söz azadlığına xidmət edəcək və xalqın səsinə çevriləcək bir qəzet, ümumilikdə isə xalqa azadlıqdan və ədalətdən danışan “Azadlıq” qəzeti hazırda bir nəfərin əlində girova çevrilib: “Həmin bir nəfər isə Əli Kərimlidir. Bu gün ”Azadlıq” qəzeti yalnız Əli Kərimliyə xidmət edir. Bu qəzetdə heç bir yazı və ya məqalə Əli Kərimlinin icazəsi olmadan gedə bilməz. Çox təəssüf ki, Əli Kərimli “Azadlıq” qəzetini özünün girovuna çevirib. Əgər bu gün Əli Kərimli Azərbaycanda söz azadlığı və demokratiyadan, müxalifətin televiziyalara buraxılmamasından danışırsa, eyni zamanda müxalifət adına iddia edilən “Azadlıq” qəzetinə də yaxın düşə bilmirik. Çünki “Azadlıq” qəzetinə düşmək üçün Əli Kərimlini tərifləmək lazımdır. Bütün bu faktlar isə ən böyük demokratiya pozuntusudur. Mən buna çox təəssüf edirəm.
“Azadlıq” qəzetində çalışan hər bir kəs özünə sual verməlidir: Mən Azərbaycan xalqına xidmət edirəm, yoxsa Əli Kərimliyə? Əli Kərimliyə bu gün xidmət etməyin heç bir əsası yoxdur”.
R.Nurullayev AXCP-nin möhürünün alınmasında israr etdiklərini də bildirdi: “Ədliyyə Nazirliyinə müraciət edib möhürü alacağıq. Bunun üçün müharibə aparmaq lazım gəlsə, müharibə aparacağıq, döyüşmək lazım gəlsə, döyüşəcəyik, hüquqi müstəvidə nə lazımdırsa, onu da edəcəyik. Biz mütləq AXCP-ni Əli Kərimlidən azad edəcəyik. Çünki Əli Kərimli hüquqi və mənəvi cəhətdən AXCP sədri olmağa layiq deyil. Əli Kərimli AXCP-də parçalanmanın əsasını qoyub və bu gün də davam etdirir. Hesab edirəm ki, onun partiya sədri kimi fəaliyyətinə son qoyulacaq. Əli Kərimli vaxtilə ”Yurd” təşkilatı yaradıb. Yaxşı olar ki, gedib öz təşkilatını yenidən fəaliyyətə başlatsın”.
Publika.az saytının “Hazırda AXCP-dən sizə yağdırılan ittihamlar paralel olaraq ”Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluna qarşı da aparılır. Bu ittihamlara münasibətiniz necədir” sualına isə Razi Nurullayev belə cavab verib: “Ümumiyyətlə, Azərbaycan siyasətində və mediasında Rauf Arifoğlunun özünə görə böyük rolu var. Mən AXCP-də sədr müavini olan zaman da Rauf Arifoğlu ilə münasibətlərimizi hər zaman qoruyub saxlamışam. AXCP-də Rauf Arifoğluna qarşı mübarizə aparılanda, o aşağılananda, ona qarşı şər-böhtan yağdırılanda da mən bütün bunlara qarşı olmuşam. Bunu Rauf Arifoğlu da, Əli Kərimli də bilirlər.
Bilirsiniz, mənə elə gəlir ki, Rauf Arifoğlunun “Yeni Müsavat” adlı tirajlı qəzet buraxması və müxalifət düşərgəsində artan reytinqi Əli Kərimlini narahat edir, o, bunu qəbul etmək istəmir, bundan qıcıqlanır. Azərbaycanda 10 milyona yaxın əhali yaşayır. Əgər bu gün 10 milyon arasında sorğu keçirilsəydi, mən tam əminliklə deyə bilərəm ki, sorğunun nəticəsi olaraq Rauf Arifoğlunun reytinqi Əli Kərimlidən qat-qat üstün olardı”.

 

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın