Ana səhifə / Sosial / Razi Nurullayev: “Milli Şura YAP-ı qoyub, müxalifətlə mübarizə aparır”

Razi Nurullayev: “Milli Şura YAP-ı qoyub, müxalifətlə mübarizə aparır”

“Görün biabırçılıq o həddə çatıb ki, İsa Qəmbərin gündəmə gəlməsinə paxıllıq edən, hakimiyyətin onun üzərinə getməsinə qısqanclıq edən, həzm edə bilməyən özünə müxalifət deyən qüvvələr var. Yox olsun belə yalançı müxalifəti. Bunlar YAP-ı qoyub müxalifətlə mübarizə aparırlar. Sizin kimi müxalifət adı altında oyun quranlar, paxıllıq edənlər xalqın inamını da qırdılar”.
Bu sözləri yeni yaradılmış AXCP-nin sədri Razi Nurullayev deyib. Sədr qeyd edib ki, İsa Qəmbəri hakimiyyətə işləməkdə günahlandırmaq xüsusi maraqlara xidmət edir:
“Bu qədər də yalançılıq və ikiüzlülük etmək kimin maraqlarına cavab verir? Onlarla bir yerdə olduğum zaman da bu kimi iyrəncliklərə etiraz etmişdim və yenə də edirəm. Milli Şuranın və onu oyuncaq kimi əlində firladan şəxsin niyyəti müxalifəti sıradan çıxarmaqdır, yoxsa rejimlə mübarizə aparmaq?
Məqsəd siyasi səhnədə birincilik yarışıdır və onu da çoxdan itirib. Sadəcə, hakimiyyətdəki dostları onu yaşatmaqda və daima gündəmə gətirməkdə maraqlıdırlar. Bu düşüncədə olan adam, bu təfəkkür sahibi hakimiyyətə gələ və onu idarə edə bilməz. Aprel döyüşlərindən sonra hakimiyyət mətbuatı və televiziyaları düz iki ay “Yurd” sədrini reklam etdilər. Bu reklamın çirkin siyasi oyun üzərində qurulduğu hər kəsə məlum idi. Onu təzədən diriltmək və millətin başına taxmaq. Ona olanda, hakimiyyətin təzyiqi, İsa Qəmbərə və digərlərinə olanda isə hakimiyyətin oyunu. İsa Qəmbər də, mən də, Sərdar Cəlaloğlu da, İqbal Ağazadə də hər axşam ölkə prezidenti ilə çay süfrəsində otururuq və planlar qururuq. YAP siyasi şurasının üzvləri ilə isə gündə on dəfə zəngləşirik, görüşürük və plan cızırıq ki, İsa Qəmbərin üzərinə getmək lazımdır…
Niyə? Çünki, düz 20 ildən çoxdur ki, “Yurd” sədri deyir gələcəm və sizi kəsəcəm. Hər kəs qorxusundan gecələr də yata bilmir. Sadəcə, utanmaq lazımdır, həm də ayıbına kor olmaq”.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın