Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Razi Nurullayev informasiya portalı açır – AÇIQLAMA

Razi Nurullayev informasiya portalı açır – AÇIQLAMA

AXCP Etimad Qurultayının Təşkilat Komitəsinin sədri Razi Nurullayev informasiya portalı açacaq.

Bu barədə Hafta.az-a R.Nurullayevin özü məlumat verib. O bildirib ki, çox istərdik “Azadlıq” qəzeti müstəqil olub, hər kəsin fikrini işıqlandırsın:

“Ancaq əks təqdirdə biz nə edə bilərik? “Cümhuriyyət” qəzetini buraxacağıq. Ayrıca da cəbhə.info portalımız olacaq. Bunların ikisini də işlədəcəyik. AXCP-nin isə veb formatda yeni səhifəsini yaradacağıq. Bu məsələdə qərarlıyıq və sona qədər gedəcəyik”.

R.Nurullayev parlament seçkilərinə hazırlıqları barəsində də danışıb. O bildirib ki, təşkilatlanma mərhələsində olduqları üçün, seçkilərə hazırlaşma imkanları yoxdur:

“Anında qərar verəcəyik. Üzvlərimizdən kimlərsə seçkilərdə iştirak edə bilərlər. Lakin bloklar daxilində və ya hansısa konsepsiya şəklində qatılmaq imkanlarımız olmayıb. Qeyd etdiyim kimi, ayrı-ayrılıqda seçkilərə qatılmağı düşünürük”.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın