Bəzi bölgələrdə ot ucuzlaşsa da, bəzi rayonlarda qiymətlərdə qismən artım müşahidə olunur.

Cəlilabadda biçin mövsümünün başlaması ilə əlaqədar ot bağlamasının qiyməti düşüb. Aran rayonlarından gətirilən bağlamaların biri keyfiyyətindən asılı olaraq 2 manat 40 qəpik ilə 2 manat 80 qəpik arasında satılır.

Alıcılar qiymətlərin ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli aşağı olduğunu deyirlər. Buna səbəb kimi bu il daha çox sahənin otlaq üçün ayrılması göstərirlər.

Qarşıdakı günlərdə rayonda bütün sahələrdə ot biçininin başlaması ilə qiymətlərin bir qədər də enəcəyi istisna olunmur.

Bərdədə isə ot bağlamalarının qiymətində qismən artım müşahidə olunur. Buna səbəb kimi bu il əksər sahələrə pambıq əkilməsi və otlaqlara az yer verilməsi göstərilir.

Otun bahalaşması satışa da təsir edib.

Yaxın müddətdə bu rayonda ot qiymətlərində hər hansı bir dəyşiklik gözlənilmir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı sizə təqdim edirik: