Çərşənbə , Sentyabr 23 2020
Ana səhifə / Sosial / Rayonlara gedənlərin nəzərinə: Sərnişin daşımalarının dayandırılması qərarı qüvvədə qalıb

Rayonlara gedənlərin nəzərinə: Sərnişin daşımalarının dayandırılması qərarı qüvvədə qalıb

Azərbaycanın şəhər və rayonlarından sərt karantin rejiminin mövcud olduğu Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması qərarı qüvvədə qalır.

Bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 16 may tarixli  qərarına edilən müvafiq dəyişiklikdə əksini tapıb.

İndiyə qədər xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları dayandırılmışdı. Beləliklə, fərdi avtomobillərlə Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş-çıxışa icazə verilsə də, ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması qüvvədə qalır.

Bu qərar 2020-ci il 8 sentyabr tarixindən qüvvəyə minir.

Həmçinin oxuyun

Əlilliyi olan şəxslərin metroda qarşılaşdıqları problemlər nə vaxt həll ediləcək? — VİDEO

Günümüzdə əlil arabasına təhkim edilmiş şəxslər ictimai nəqliyyatdan istifadə edən zaman xeyli problemlərlə üzləşir.  Baku …