Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / “Rayon icra hakimiyyətləri başçılarının təzələnməsinə ehtiyac var” – Qabil Hüseynli

“Rayon icra hakimiyyətləri başçılarının təzələnməsinə ehtiyac var” – Qabil Hüseynli

Ölkədə özbaşınalıq, korrupsiyaya bulaşmış əsas orqanlardan biri icra hakimiyyətləridir

İcra hakimiyyətlərinin etdiyi özbaşınalıqla bağlı hər gün, hər rayondan şikayətlər gəlir. Bəzi siyasətçilər ümumiyyətlə icra hakimiyyətlərinin ləğv edilməsini istəyir, bəziləri isə bir neçə rayonun birləşdirilib, regional mərkəzlərin yaradılmasını tövsiyyə edir.

Bu barədə politoloq Qabil Hüseynli Ölkə.Az-a danışıb:

“Ölkənin idarəetmə sistemində dəyişikliyə ciddi ehtiyac var. Hakimiyyətin müxtəlif qolları var, bu qollar arasında səlahiyyət bölgüsü var. Səlahiyyət bölgüsündə icra hakimiyyətləri konstitusiyada yazıldığı kimi deyil, özlərinin istədikləri kimi hərəkət edirlər. İcra hakimiyyətləri seçkili orqan olan bələdiyyələrin səlahiyyətlərini əlindən alıblar. Üstəlik icra başçıları səriştəli adamlar deyillər. İcra başçılarının yüksək mədəniyyət daşıyıcıları olmalarına ehtiyac var. Çünki icra başçıları vətəndaşlarla kobud davranır, hətta onların içərisində vətəndaşlara söyüş söyən də var. Bu yaxınlarda Cəbrayıl rayon icra başçısı deyir ki, söymüşəm, öz qohumuma söymüşəm də. Belələrindən demək olar ki, kifayət qədər var.

Əsas məsələlərdən biri də icra başçılarının işində rüşvət və korrupsiya əməllərinin olmasıdır. Bu adamların çoxu zənginləşmiş, varlanmış, müəyyən hədləri keçmiş adamlardır. Təbii ki, o adamlara nəzarət edən orqanlar var. Ancaq, onlara olan nəzarət lazım olan effekti vermir. İcra başçılarının çoxu, atalar demiş, kor atı minib, kordələn çapır.

Rayon icra hakimiyyətləri başçılarının təzələnməsinə ehtiyac var. İcra hakimiyyətlərinin başına təmiz, dürüst və vətənpərvər şəxsləri gətirmək lazımdır. Burada vətənpərvərlik vacib elementdir. Ölkənin inkişafı üçün hər şey edilir. Məmur özbaşınalığının başında dayanan adamlar daha çox icra hakimiyyətinin başçılarıdır. Rayonda sıravi vətəndaş, Qarabağ döyüşünün qaziləri, Çernobil əlilləri, kasıblar, yoxsullar, sosial müavinət alanlar icra başçılarının əlindən qan ağlayır. Belə olan tərzdə nə etmək olar?

Bəziləri deyir, rayonlar birləşdirilsin. Rayonlar birləşdirilsin demək, bu işin hamısı demək deyil. Rayonların birləşdirilməsi o demək deyil ki, icra hakimiyyətləri səmərəli işləməyə başlayacaq. Türkiyədə olduğu kimi, Vali, Kaymakam və bələdiyyələr var. Rayonun, şəhərin idarə edilməsi bələdiyyələrin əlindədir. Valilər və Kaymakamlar yalnız asayiş orqanlarının işinə nəzarət edir. Yerlərdə dövləti təmsil edir, bələdiyyələr və bələdiyyələrə tabe olan müxtəlif idarə və strukturlarına bir növ nəzarət edir. Belə olanda vətəndaşın haqqı yeyilmir, vətəndaşın etdiyi şikayət istədiyi yerə gedib çata bilir, konstitusiyanın müddəaları yerinə yetirilir və prezidentin üzərinə də ciddi ağırlıq düşmür. Bizdə vəziyyət o həddə çatıb ki, prezident icra başçılarının lüks maşınlardan əl çəkməyi, ölkədə istehsal olunan “NAZ-lifan” avtomobillərini məsləhət görür. Zənginləşmiş adamların uşaqları da harınlamış həyat tərzi sürürlər. Yeri gələndə başqalarını da döyürlər. Millətin bu ağır günündə yenə də eyş-işrət içində yaşamaq istəyən məmurlar və övladları var”.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın