Şənbə , Mart 30 2024
Ana səhifə / Sosial / Rauf Mirqədirova İsveçrədə siyasi mühacir statusu verildi

Rauf Mirqədirova İsveçrədə siyasi mühacir statusu verildi

“Zerkalo” qəzetinin icmalçısı və siyasi analitik Rauf Mirqədirov İsveçrədə siyasi mühacir statusu alıb.

Bu barədə R. Mirqədirov özü bildirib. Jurnalist Azərbaycanda Ermənistanın xeyrinə casusluq ittihamı ilə həbs olunmuşdu. O, 2014-cü il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunmuşdu.

Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunan jurnalist 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilmişdi.Rauf Mirqədirov özü ittihamı rədd edir və həbsinin siyasi baxışları, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirirdi.

Ötən il martın 17-də Bakı Apellyasiya Məhkəməsi jurnalist Rauf Mirqədirovun 6 il həbs cəzasını 5 il şərti cəza ilə əvəz etmişdi. Bununla da O, azadlığa çıxmışdı. Daha sonra jurnalist ölkəni tərk etmişdi. (“Azadlıq” radiosu)

Həmçinin oxuyun

Bankların borcun bağlanmasına dair arayışa görə pul tələb etmələri etirazlara səbəb olur (VİDEO)

Bankların əksəriyyəti vətəndaşlara verilən kredit tam ödənildikdən sonra borcun bağlanmasına dair arayış üçün əlavə ödəniş …

Bir cavab yazın