Cümə , Oktyabr 30 2020
Ana səhifə / Sosial / Ramzan Kadırov İlham Əliyevi Çeçenistana dəvət etdi

Ramzan Kadırov İlham Əliyevi Çeçenistana dəvət etdi

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Qroznıda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxulislam Allahşükür Paşazədəni qəbul edib.

Bu barədə R.Kadırov öz “İnstagram” səhifəsində yazıb.

“O mənə böyük qardaşım, Azərbaycan prezidenti İlham Əliyevin isti salamlarını çatdırdı. Paşazadə uzun illər dost olduğu Çeçenistan Respublikasının ilk prezidenti, Rusiyanın Milli Qəhrəmanı Əhməd Hacı Kadırov ilə çoxsaylı görüşləri barədə söz açdı. Mən ona gəlişinə görə təşəkkürümü bildirdim, İlham Əliyevi Çeçenistanda gözlədiyimizi ona çatdırmasını xahiş etdim”, – deyə R.Kadırov əlavə edib.

Həmçinin oxuyun

İş adamı “McDonald’s“la bağlı dəhşətli faktlar AÇIQLADI

“Onsuz da nə mən, nə ailəm, nə də ki yaxın ətrafım gündəmdə olan məşhur fast …

Bir cavab yazın